
ABŞ-də körpə iki dəfə "dünyaya gəlib" - FOTO
ABŞ-nin Florida ştatında nadir tibbi əməliyyat nəticəsində körpə iki dəfə "dünyaya gəlib".
ABŞ-nin Florida ştatında nadir tibbi əməliyyat nəticəsində körpə iki dəfə "dünyaya gəlib".
Gundem.today "The Guardian" nəşrinə istinadən xəbər verir ki, hamiləliyin 19-cu həftəsində həkimlər döldə yuxarı tənəffüs yollarının obstruksiyası sindromu aşkar ediblər.
Bu nadir patologiya zamanı xüsusi membran dölün tənəffüs yollarını tamamilə bağlayır. Həkim Emanuel Vlastos 42 illik karyerası ərzində cəmi bir neçə belə halla rastlaşdığını və onlardan yalnız üçünün uğurla nəticələndiyini bildirib.
Uşaqlıqdaxili ilk lazer əməliyyatı cəhdi uğursuz olduqdan sonra, həkim ekstremal bir variant təklif edib. Hamiləliyin 25-ci həftəsində qismən qeysəriyyə əməliyyatı icra olunub; körpənin başı və qolları ana bətnindən çıxarılsa da, bədəni plasentaya bağlı saxlanılıb. Bu vəziyyətdə LOR cərrahı dərhal oğlan uşağının tənəffüs yollarını təmizləyib. Prosedur bitdikdən sonra körpə yenidən bətnə yerləşdirilib və ana dölü sona qədər daşıya bilməsi üçün xəstəxana nəzarətində qalıb.
Bu qeyri-adi əməliyyatdan altı həftə sonra körpə tam şəkildə dünyaya gəlib. Cəmi 1.4 kq çəki ilə doğulan körpə dörd ay reanimasiyada qalıb. Hazırda ağciyərlərin süni ventilyasiyası aparatına bağlı olan və əlavə əməliyyatlara ehtiyac duyan körpənin valideynləri baş verənləri əsl möcüzə adlandırırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama
"Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər".
DünyaŞanxayda dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək - FOTO
Şanxayın şimal-şərqində dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək. 228 metr hündürlüyündə olacaq bu nəhəng attraksionun mərkəzi oxu və milləri (təkərin mərkəzi ilə halqasını birləşdirən çubuqlar) olmayacaq.
DünyaMərhum aktyor Metyu Perrinin əşyaları hərraca çıxarılacaq - FOTO
Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.
DünyaDünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA
"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir.