Son dəqiqə
Biləsuvarda iki gəncin bıçaqlamasının TƏFƏRRÜATIBiləsuvarda DƏHŞƏT: İki gənc BIÇAQLANDI - Saxlanılan varFIFA-dan "Neftçi"yə TRANSFER QADAĞASIKonfrans Liqasında finala son addımİspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTOBiləsuvarda DƏHŞƏT: İki gənc BIÇAQLANDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama
Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama
Dünya

Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama

Bu gün
07:18
0 baxış
Paylaş:

"Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər".

"Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər".

Gundem.today xəbər verir ki, kardioloq və yuxu üzrə ekspert Natalya Zolotaryova "İzvestiya" nəşrinə müsahibəsində bu problemin səbəblərindən danışıb.

Ekspertin fikrincə, bu vəziyyət insanın yuxu fazalarından və oyandığı andan birbaşa asılıdır. O bildirib ki, gündüz yuxusunun müddəti 20-30 dəqiqəni keçdikdə beyin dərin faza mərhələsinə daxil olur. Nəticədə oyanma prosesi "yuxu ətaləti" adlandırılan halsızlıq və enerji itkisi ilə müşayiət olunur. Bundan başqa, saat 15:00-dan gec yatmaq bioloji ritmlərin pozulmasına, gecə yuxusunun keyfiyyətinin aşağı düşməsinə və xroniki yorğunluğa səbəb ola bilər.

Mütəxəssis, həmçinin vurğulayır ki, metabolik pozuntular və fərdi sağlamlıq xüsusiyyətləri günorta istirahətinin faydasını heçə endirə bilər. Səs-küy və güclü işıq kimi narahat şərait isə yuxunun yalnız səthi olmasına gətirib çıxarır.

N.Zolotaryovanın sözlərinə görə, günorta saatlarında ən ideal yuxu müddəti 20-30 dəqiqədir. Kəskin yuxusuzluq hallarında 90 dəqiqə (bir tam yuxu dövrü) yatmaq olar, lakin bu, gecə yuxusuna mənfi təsir göstərə bilər. Həkim gündüz istirahəti üçün ən uyğun vaxtın saat 13:00-15:00 arası olduğunu qeyd edir.

Ekspert maraqlı bir üsul olan "qəhvə yuxusu"ndan da bəhs edib. Yatmazdan dərhal əvvəl qəhvə içmək insanın daha gümrah oyanmasına kömək edir. Çünki kofein təxminən 20-30 dəqiqədən sonra qana qarışaraq təsirini göstərməyə başlayır ki, bu da məhz oyanma vaxtına təsadüf edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Sağlam_həyat_tərzi#Yuxu_rejimi

Oxşar Xəbərlər

İspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTODünya

İspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTO

Meksikalı yazıçı və siyasi xadim Pedro Migel ispan konkistadoru Ernan Kortesin qalıqlarının İspaniyaya verilməsi müqabilində qədim maya artefaktlarının geri qaytarılmasını təklif edib.

Bu gün
07:500
Şanxayda dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək - FOTODünya

Şanxayda dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək - FOTO

Şanxayın şimal-şərqində dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək. 228 metr hündürlüyündə olacaq bu nəhəng attraksionun mərkəzi oxu və milləri (təkərin mərkəzi ilə halqasını birləşdirən çubuqlar) olmayacaq.

Bu gün
06:000
Mərhum aktyor Metyu Perrinin əşyaları hərraca çıxarılacaq - FOTODünya

Mərhum aktyor Metyu Perrinin əşyaları hərraca çıxarılacaq - FOTO

Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.

Bu gün
05:480
Hollivud ulduzunun əşyaları hərraca çıxarılacaq - FOTODünya

Hollivud ulduzunun əşyaları hərraca çıxarılacaq - FOTO

Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.

Bu gün
05:480