Son dəqiqə
"Çelsi"nin sabiq futbolçusu Oskar 34 yaşında karyerasını başa vurduTramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEOQərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 kənd necə məhv edildi? - VİDEOVüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEOAeroport yolunda ağır qəza: "Audi" aşdı, xəsarət alanlar varBadamdar yamacında sürüşmə təhlükəsi yarandı, yol bağlandı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-də Qasım Süleymaninin qardaşı qızı saxlanıldı
ABŞ-də Qasım Süleymaninin qardaşı qızı saxlanıldı
Dünya

ABŞ-də Qasım Süleymaninin qardaşı qızı saxlanıldı

Bu gün
20:16
2 baxış
Paylaş:

2020-ci ildə öldürülmüş SEPAH-ın "Əl-Qüds" qüvvələrinin keçmiş komandanı, general-mayor Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızı ABŞ-də saxlanılıblar.

2020-ci ildə öldürülmüş SEPAH-ın "Əl-Qüds" qüvvələrinin keçmiş komandanı, general-mayor Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızı ABŞ-də saxlanılıblar.

Gundem.today xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Marko Rubio onların qanuni daimi rezident statusunu ləğv edib.

Hazırda hər iki şəxs ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) tərəfindən saxlanılıb. Bundan əlavə, Əfşarın həyat yoldaşına ABŞ-yə giriş qadağan edilib.

Dövlət Departamenti KİV məlumatlarına və Əfşarın sosial şəbəkələrdə, xüsusilə də "Instagram"da etdiyi paylaşımlara istinad edərək onu İranın "totalitar, terrorçu rejiminin" tərəfdarı adlandırıb və həmin rejimin təbliğində ittiham edib.

"ABŞ-də yaşayarkən o, İran rejimini təbliğ edib, Yaxın Şərqdə ABŞ hərbçilərinə və hərbi obyektlərinə hücumları alqışlayıb, İranın yeni ali liderini tərifləyib, ölkəmizi "Böyük şeytan" adlandırıb və terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusuna sarsılmaz dəstəyini bəyan edib. Əfşar Süleymani Los-Ancelesdə dəbdəbəli həyat tərzi sürərək İranın terrorçu rejiminin xeyrinə təbliğat aparıb ki, bunu onun sonradan silinmiş "Instagram" hesabındakı paylaşımları da təsdiqləyir", - deyə məlumatda bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Qasım_Süleymani#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#ABŞ_Dövlət_Departamenti#İran#Los-Anceles#Instagram_sosial_şəbəkəsi

Oxşar Xəbərlər

Tramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEODünya

Tramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEO

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Tehrana endirilən yeni zərbələrin videosunu paylaşıb və İranın hərbi rəhbərliyinin məhv edildiyini iddia edib.

Bu gün
02:180
Əraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"Dünya

Əraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"

İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib.

Bu gün
01:001
KİV: İtaliyanın hava limanlarında yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıbDünya

KİV: İtaliyanın hava limanlarında yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıb

Yaxın Şərqdəki münaqişə səbəbindən İtaliyanın dörd hava limanında aviasiya yanacağına qənaət tədbirləri görülməyə başlanıb.

Bu gün
00:120
ABŞ-də benzinin qiyməti son dörd ildə ən yüksək səviyyəyə çatdıDünya

ABŞ-də benzinin qiyməti son dörd ildə ən yüksək səviyyəyə çatdı

ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3.8 litr) üçün 4.1 dolları keçərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.

Bu gün
23:361