
ABŞ-də təyyarə çörək maşını ilə toqquşdu: Xəsarət alan var - VİDEO
Nyuark hava limanında (Nyu-Cersi ştatı, ABŞ) "United Airlines" aviaşirkətinə məxsus "Boeing 767" eniş zamanı şassisi ilə uçuş-eniş zolağının yaxınlığında hərəkət edən çörəkdaşıyan maşına dəyib.
Nyuark hava limanında (Nyu-Cersi ştatı, ABŞ) "United Airlines" aviaşirkətinə məxsus "Boeing 767" eniş zamanı şassisi ilə uçuş-eniş zolağının yaxınlığında hərəkət edən çörəkdaşıyan maşına dəyib.
Gundem.today xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Hadisəyə baxmayaraq, Venesiyadan gələn təyyarə təhlükəsiz eniş edib. Lakin zərbə nəticəsində yük maşınının kabin şüşəsi çatlayıb, sürücü isə xəsarət alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.
ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) hadisənin səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıb.
"United Airlines" nümayəndələri sərnişinlərdən və ya heyət üzvlərindən heç kimin xəsarət almadığını təsdiqləyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də atışma baş verib: Yaralılar var - VİDEO
ABŞ-nin Oklahoma ştatının Arkadiya gölü yaxınlığında atışma baş verib.
Dünya"Brent" markalı neft ucuzlaşır - SON QİYMƏT
Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.
DünyaKolumbiyada nəhəng yük maşını insanlara çırpıldı: Ölənlər və yaralılar var - FOTO
Kolumbiyanın Popayan şəhərinin Kauka əyalətində keçirilən nəhəng yük maşınlarının nümayişi zamanı avtomobillərdən biri insan izdihamına çırpılıb. Qəza nəticəsində azı 3 nəfər ölüb, təxminən 40 nəfər yaralanıb.
DünyaNyu-Yorkun keçmiş meri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Nyu-Yorkun keçmiş meri Rudi Culiani ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.