Son dəqiqə
Bakıdakı kütləvi davanın iştirakçılarından biri SAXLANILDIBəzi hallarda kənd təsərrüfatı torpaqlarında yaşıllıqların kəsilməsinə icazə veriləcəkABŞ Hörmüzdəki "Azadlıq" əməliyyatında iştirak üçün 15 000 əsgər göndərəcəkQəbələdə WUF13 Festivalı başlayıb - FOTOKənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilirDünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ
Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ
Cəmiyyət

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Bu gün
11:06
0 baxış
Paylaş:

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib.

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib.

Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib.

"Təfəkkür" Universitetinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu qismində tərəf olduğu icra sənədlərinin icrasını təmin etməyib, icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.

Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetindən 13 650 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13 735 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilib.

Bundan başqa, həmin il universitet rəhbərliyinə qarşı da iddia qaldırılıb. Belə ki, iddia ərizələrinin birində 11 200 manat pul, mənəvi ziyana görə 200 manat və 153.6 manat dövlət rüsumu, digər iddia ərizəsi üzrə isə 13 650 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.

Borclu "Təfəkkür" Universitetinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilib və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Təfəkkür" Universitetinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 200 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Rəhim Hüseynov Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri olub. O, 1992-1993-cü illərdə səhiyyə naziri işləyib. Ehtiyatda olan tibbi xidmət polkovnikidir.

Həmin universitetin rektoru İmişli rayon sakini Müşfiq Atakişiyev olub. O, universitetin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atakişiyev 14 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Təfəkkür_Universiteti#Rahim_Hüseynov#Müşfiq_Atakişiyev#Tariyel_Əhmədov#Nərimanov_Rayon_Məhkəməsi#inzibati_məsuliyyət#sifarişli_qətl#məhkəmə_cəriməsi#icra_sənədi#sabiq_rektor#ləğv_edilmiş_universitet

Oxşar Xəbərlər

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTOCəmiyyət

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTO

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.

Bu gün
12:030
Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDICəmiyyət

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.

Bu gün
11:590
Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıbCəmiyyət

Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb

2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Bu gün
11:420
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdürCəmiyyət

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Mayın 4-ü Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Bu gün
11:340