
ABŞ-dən "son zərbə" planı: İranla bağlı 4 ssenari üzə çıxdı
ABŞ Tehranla danışıqların iflasa uğrayacağı halda quru qoşunlarının istifadəsini də nəzərdə tutan "son zərbə" variantlarını hazırlayır.
ABŞ Tehranla danışıqların iflasa uğrayacağı halda quru qoşunlarının istifadəsini də nəzərdə tutan "son zərbə" variantlarını hazırlayır.
Gundem.today xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İranla danışıqlara başlamaq cəhdləri nəticə verməzsə və rəsmi Tehran Hörmüz boğazında gəmiçiliyi təhdid etməyə davam edərsə, ABŞ "son zərbə" endirə bilər. Bu addımın iki əsas məqsədi ola bilər: Tehranla gələcək danışıqlarda mövqeləri gücləndirmək və ya ABŞ Prezidenti Donald Trampa müharibəni birtərəfli qaydada qələbə ilə başa çatdırmaq imkanı vermək.
Məmurlar "Axios"a bildiriblər ki, dörd variant müzakirə olunur. Birinci variant İranın əsas neft mərkəzi olan Xarq adasının ələ keçirilməsi və ya blokadaya alınmasını nəzərdə tutur. İkinci variant Hörmüz boğazından keçən gəmiləri izləyən İran bazaları və radarlarının yerləşdiyi, həmçinin ticarət gəmilərinə hücum edə bilən kiçik qayıqların olduğu Larak adasının ələ keçirilməsidir. Üçüncü variant Fars körfəzinin şərq hissəsində yerləşən Əbu-Musa adasına müdaxilədir. Bu ada İrana körfəzdən çıxan gəmilərə nəzarət imkanı verir. Əbu-Musa, eləcə də yaxınlıqdakı Böyük və Kiçik Tunb adaları hazırda İranın nəzarətindədir, lakin onlara Birləşmiş Ərəb Əmirlikləri də iddia edir.
Bundan əlavə, ABŞ İran neftini ixrac edən gəmiləri bloklaya və ya nəzarətə götürə bilər.
Həmçinin ABŞ hərbçilərinin dağıdılmış nüvə obyektlərinin altında yerləşdiyi ehtimal edilən yüksək zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməsi planları da nəzərdən keçirilir. Alternativ olaraq, ABŞ bu obyektlərə güclü bomba zərbələri endirərək İranın həmin materiala çıxışını tamamilə məhdudlaşdıra bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyada neft emalı zavodunda güclü yanğın baş verib - VİDEO
Avstraliyanın neft emalı zavodlarından birində güclü yanğın baş verib.
DünyaABŞ geri çəkilmir - Dəniz blokadası tam gücü ilə davam edir
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamaqdan imtina edib.
DünyaNetanyahu: "İsrail və ABŞ-nin İranla bağlı məqsədləri üst-üstə düşür"
"İsrail və ABŞ İranla bağlı eyni məqsədlərə malikdir və İsrail tərəfi hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən hərbi əməliyyatların yenidən başlanmasına hazırdır".
DünyaPeskov: "Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır, lakin ABŞ buna qarşıdır"
"Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bildirib, lakin ABŞ bu varianta qarşı çıxır".