
ABŞ geri çəkilmir - Dəniz blokadası tam gücü ilə davam edir
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamaqdan imtina edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamaqdan imtina edib.
Gundem.today xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"ABŞ prezidentinin adından konkret müddət deməyəcəyəm. Lakin blokada tam həcmdə tətbiq olunur və İran limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil edilir", - deyə Kerolayn Livitt qeyd edib.
Onun sözlərinə görə, blokada Fars körfəzi və Oman körfəzində yerləşən bütün İran limanlarını əhatə edir. ABŞ hərbi qüvvələri isə İran limanlarına aid olmayan istiqamətlər üzrə hərəkət edən gəmilər üçün naviqasiya azadlığını təmin edir.
Kerolayn Livitt əlavə edib ki, Vaşinqton gəmiçilik azadlığını dəstəkləyir, lakin İran iqtisadiyyatına fayda verən tanker və digər gəmilərə bu yanaşma tətbiq olunmur.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı aprelin 13-dən etibarən İran limanlarına yönələn və ya oradan çıxan gəmilərin hərəkətini məhdudlaşdıran dəniz blokadasına başladığını bildirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə Ordusunun arsenalına yeni texnikalar verildi - Xüsusi təyinatlı briqadaların sayı artırılır - FOTO
Türkiyə ordusunun arsenalına "Fırtına-2" haubitsaları, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) daxil edilib.
DünyaDünyada nadir tapıntı: İrlandiya sahillərində 150 yaşlı köpəkbalığının cəsədi aşkarlandı
İrlandiya sahillərində təxminən 150 yaşı olan köpəkbalığının cəsədi aşkar edilib.
Dünyaİranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
İranın yüksəkvəzifəli rəsmisi və ali liderin hərbi müşaviri Möhsün Rzayi çərşənbə günü Hörmüz boğazındakı ABŞ hərbi gəmilərinin hədəfə alınacağını bildirib.
DünyaTürkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" - FOTO
"Təxminən 2 aydır ki, İsa Arası evimizin yaxınlığında işləyən özəl bir psixoloqun yanına aparırdım. Həmin psixoloq oğlumun cəmiyyətə adaptasiyada çətinlik çəkə biləcəyini, bir az nəzarətdə saxlanılmasını və gələcəkdə psixiatrik müalicəyə ehtiyac yarana biləcəyini vurğulamışdı".