ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.

Gundem.today "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Minab rayonunun rəhbəri Məhəmməd Radmehr açıqlama verib.
"Ötən gecə Oman körfəzi və Hörmüz boğazı ərazisində ABŞ-nin təcavüzkar addımları nəticəsində Minab rayonu yaxınlığında yerləşən yük gəmisi hədəfə alınıb və orada güclü yanğın başlayıb. Xəsarət alan on dənizçi xəstəxanalara yerləşdirilib. Hazırda müstəntiqlər digər dənizçilərin taleyinə aydınlıq gətirmək üzərində işləyirlər", - deyə Radmehr bildirib.
Rayon rəhbəri hücuma məruz qalan gəmidə ümumilikdə 15 heyət üzvünün olduğunu deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ-də hantavirus təşvişi: İnfeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında göyərtəsində hantavirus epidemiyası qeydə alınan "MV Hondius" kruiz gəmisini səfərdən sonra tərk etmiş sərnişinlərin axtarışına başlanılıb.