
ABŞ hərbi aviasiyası İrana aid qayıqları bombaladı
Amerika Birləşmiş Ştatlarına məxsus helikopterlər Hörmüz boğazı ərazisində İrana məxsus qayıqlara zərbə endiriblər.
Amerika Birləşmiş Ştatlarına məxsus helikopterlər Hörmüz boğazı ərazisində İrana məxsus qayıqlara zərbə endiriblər.
Gundem.today xəbər verir ki, müvafiq informasiyanı ABŞ Silahlı Qüvvələrinin mətbuat mərkəzi açıqlayıb.
"Bu gün səhər saatlarında mülki dəniz nəqliyyatına təhlükə yaradan İranın kiçik həcmli su nəqliyyatı vasitələrini zərərsizləşdirmək üçün ABŞ ordusunun "Sea Hawk" və AH-64 "Apache" helikopterləri havaya qaldırılıb", - deyə ABŞ hərbi idarəsinin bəyanatında qeyd olunur.
Keçirilən hərbi əməliyyata ABŞ Hərbi Hava Qüvvələrinin F/A-18 "Super Hornet" və F-16 döyüş təyyarələri də cəlb olunub.
Xatırladaq ki, bir müddət öncə ABŞ hərbçilərinə Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid sahil obyektlərinə və qayıqlara zərbələr endirmək səlahiyyəti verilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "İranlılar danışıqlarda tamamilə başqa cür davranırlar" - VİDEO
ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin yerli mətbuat və televiziyada ictimai çıxışlarından fərqli olaraq, onunla danışıqlar zamanı özlərini tamamilə başqa cür apardıqlarını bildirib.
DünyaQazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Qazaxıstanda zavodda güclü partlayış olub. Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
DünyaABŞ kəşfiyyatından açıqlama: İrana nüvə silahı üçün nə qədər vaxt lazımdır?
ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri hesab edirlər ki, Vaşinqton və Təl-Əvivin həyata keçirdiyi müştərək əməliyyat İranın nüvə fəaliyyətlərinə ağır zərbə vura bilməyib.
DünyaABŞ İrana qarşı əməliyyatları bərpa edir? - "Ordu hərəkətə hazırdır"
"ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə yaxındır".