
Qazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Qazaxıstanda zavodda güclü partlayış olub. Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Qazaxıstanda zavodda güclü partlayış olub. Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Gundem.today-ın xəbərinə görə, hadisə mayın 5-də səhər saatlarında Ust-Kamenoqorsk şəhərindəki "Kaztsink" metallurgiya zavodunun ərazisində baş verib. Bu barədə şirkət özünün "İnstagram" səhifəsində məlumat yayıb.
"İlkin məlumata görə, tüstüsoran cihazının təmizlənməsi işləri zamanı partlayış, ardınca yanğın baş verib və konstruksiya qismən uçub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - deyə "Kaztsink"dən bildirib.
Şirkət əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində çalışır və nəticələrin aradan qaldırılması işləri aparılır.
Hərtərəfli və obyektiv araşdırma aparılması üçün xüsusi komissiya yaradılıb. Hadisənin səbəbləri və şəraiti araşdırmadan sonra müəyyən ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKruiz gəmisində hantavirusa yoluxanların sayı artıb - Üç nəfər ölüb
"MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasına yoluxması təsdiqlənən sərnişinlərin sayı yeddi nəfərə çatıb.
DünyaKaya Kallas Azərbaycana səfərə gəlib
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri başlayıb.
DünyaBritaniyanın kiçik biznes sahibləri Aİ ölkələrinin bazarlarını tərk edirlər
Böyük Britaniyanın kiçik biznes subyektləri bürokratiya, yüksək xərclər və mürəkkəb qaydalar səbəbindən Avropa İttifaqı (Aİ) bazarlarından çəkilirlər.
DünyaQalibaf: "Hörmüz boğazında yeni qüvvələr nisbəti formalaşır"
"Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin atəşkəs rejimini pozması, həmçinin İrana qarşı tətbiq edilən dəniz blokadası nəticəsində Hörmüz boğazı sularında təhlükəsiz hərəkət ciddi risk altındadır".