
ABŞ Hərbi Dəniz Qüvvələri büdcədən raketlər üçün yeddi milyard dolların ayrılmasını istəyir
ABŞ Hərbi Dəniz Qüvvələri gələn ilin büdcəsində 785 ədəd "Tomahawk" qanadlı raketinin alınması üçün 3 milyard dollar, 540 ədəd "Standard Missile 6" (SM-6) zenit-raket əleyhinə kompleksinin raketləri üçün isə 4,33 milyard dollar ayrılmasını təklif edib.
ABŞ Hərbi Dəniz Qüvvələri gələn ilin büdcəsində 785 ədəd "Tomahawk" qanadlı raketinin alınması üçün 3 milyard dollar, 540 ədəd "Standard Missile 6" (SM-6) zenit-raket əleyhinə kompleksinin raketləri üçün isə 4,33 milyard dollar ayrılmasını təklif edib.
Gundem.today bildirir ki, bu barədə "The War Zone" nəşri Pentaqonun dərc etdiyi sənədlərə istinadən məlumat yayıb.
Bununla da alınacaq qanadlı raketlərin sayı əvvəlki maliyyə ili ilə müqayisədə 14 dəfədən çox, raket əleyhinə raketlərin sayı isə 3,3 dəfə artacaq. Keçən il Konqres cəmi 258 milyon dollar məbləğində 55 "Tomahawk" və 1,41 milyard dollar məbləğində 166 "SM-6" raketinin alınmasını maliyyələşdirmişdi.
Nəşr qeyd edir ki, bu qədər böyük həcmdə raket alınması ilə bağlı sorğu Yaxın Şərqdə davam edən münaqişə fonunda sursat ehtiyatlarının sürətlə tükənməsi ilə əlaqədardır. İranla qarşıdurma başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri artıq 850 "Tomahawk" raketi istifadə edib.
Qeyd olunur ki, bu silahlar ABŞ donanmasının döyüş gücünün əsas komponentlərindən biri hesab olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBütün İran ərazisinə intensiv hava zərbələri endirilir
İranın cənub-qərbindəki Mahşəhr şəhərində yerləşən neft-kimya zavodu havadan zərbəyə məruz qalıb.
DünyaBritaniya ordusu İraqı tərk edir: İranla gərginlik planları dəyişdi
ABŞ və İran arasında artan gərginlik fonunda Britaniya hərbi qulluqçuları İraqdan təxliyə ediliblər.
DünyaTramp: "ABŞ hazırda İran üzrə gərgin danışıqlar aparır"
"Birləşmiş Ştatlar hazırda İranla bağlı gərgin danışıqlar aparır".
DünyaSəudiyyə Ərəbistanını Bəhreynlə birləşdirən magistral yolda hərəkət dayandırıldı
Səudiyyə Ərəbistanı hakimiyyəti ölkə ərazisini Fars körfəzində yerləşən bir neçə ada vasitəsilə Bəhreynlə birləşdirən və bir neçə körpüdən ibarət magistral yolda hərəkəti dayandırıb.