
UEFA Çempionlar Liqası: "Real Madrid" "Bavariya"ya, "Sportinq" isə "Arsenal"a uduzdu - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
Gundem.today xəbər verir ki, bu gecə iki oyun baş tutub.
Gecənin mərkəzi qarşılaşması "Real Madrid" və "Bavariya" komandaları arasında keçirilib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2. "Bavariya"nın heyətində Luis Dias və Harri Keyn, "kral klubu"nda isə Kilian Mbappe fərqlənib.
Digər görüşdə "Sportinq" evdə "Arsenal"ı qəbul edib. Oyun İngiltərə təmsilçisinin qalibiyyəti ilə başa çatıb - 0:1. Matçda yeganə qolu 90+1-ci dəqiqədə Kay Haverts vurub.
Qeyd edək ki, "Arsenal" turnirin cari mövsümündə heç bir oyunda uduzmayıb.
Hər iki cütlük arasında cavab görüşü aprelin 15-də keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAnçelotti milli komandaların ən çox pul qazanan məşqçisi olacaq
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini uzadıb.
İdmanHakimin qərarına əsəbiləşib planşeti qırdı - VİDEO
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov bu gün "Zirə"yə qarşı 1:1 hesabı ilə başa çatan matçda etdiyi hərəkətlə gündəmə gəlib.
İdmanRumıniyalı məşqçi Mirça Luçesku vəfat edib
Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib.
İdman"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutub
Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.