
ABŞ İranda nüvə silahını fərqli taktika ilə axtaracaq? - Yaxın Şərqin YENİ XƏRİTƏSİ
"Yaxın Şərqdə yeni ittifaqlar yarana bilər".
"Yaxın Şərqdə yeni ittifaqlar yarana bilər".
Bunu Gundem.today-a açıqlamasında siyasi ekspert Xəyal Bəşirov ABŞ-nin İranda həyata keçirməsi ehtimal olunan ssenariləri şərh edərkən deyib.
O bildirib ki, regionda təhlükəsizlik sistemi yenidən formalaşa və bu prosesə Çinlə Rusiya da qoşula bilər:
"Yeni təhlükəsizlik arxitekturasının yaradılması fonunda ABŞ ilə Səudiyyə Ərəbistanı arasında gərginlik artmaqdadır. Hazırkı proseslərdən İran maksimum istifadə etməyə çalışır. Türkiyənin də gedişatda rolu böyükdür. Rəsmi Ankara çalışır ki, ərəb ölkələri müharibəyə qoşulmasın. Onlar başa düşürlər ki, savaşın miqyası genişlənərsə, Türkiyə də bundan öz "payını" götürəcək. Hazırda ABŞ-nin İrandakı quru əməliyyatlarla bağlı bəyanatları və ümumilikdə ritorikası neft qiymətlərinə təsir göstərməyə hədəflənib. Baxın, müharibə rəsmi Vaşinqtonun istədiyi ssenari üzrə davam etmir. Birləşmiş Ştatlar düşünmürdü ki, döyüşlər bu qədər uzun çəkəcək. Rusiya və Çin dolayı yolla istəklərinə nail olurlar. Donald Trump hakimiyyətə gəldikdən sonra bir çox ölkələrə ərazi iddiaları irəli sürürdü. Lakin indiki vəziyyətdə İranda ilişib qalıb və bu vəziyyətdən çıxmağa çalışır. Göründüyü kimi, ABŞ istədiklərinə nail ola bilməyib. Tramp administrasiyası düşünürdü ki, İrana zərbələr fonunda ölkədə etirazlar baş verəcək. Lakin əksinə, insanlar birləşdi".
Politoloq İranın ərəb ölkələrində ABŞ-nin bazalarına zərbə endirməsinə dair deyib ki, sözügedən dövlətlər Birləşmiş Ştatlarla müharibəyə qoşulmağa səy göstərmədilər:
"Hazırda İran Hörmüz boğazını bağlamaqla digər ölkələrə təzyiq etməyə çalışır. Boğaz beynəlxalq su yoludur. Unutmaq lazım deyil ki, dünyada istifadə olunan gübrənin təxminən 30 faizi də buradan keçir. Baş verən hadisələr fonunda ABŞ-nin mümkün quru əməliyyatlarına gəlincə, qeyd etmək lazımdır ki, bu ölkənin Əfqanıstan və Vyetnam müharibələri kimi acı təcrübələri var. Həmçinin Vaşinqton yaxşı anlayır ki, İran ordusu daha güclüdür. Rəsmi Tehran bir milyondan artıq əsgəri müharibəyə səfərbər edə bilər. Bundan başqa, müharibə İran ərazisində gedir və yerli ordu ərazilərin relyefinə daha yaxşı bələddir. ABŞ-nin quru əməliyyatlar keçirməsində bir məqsəd də güdülə bilər: onlar əmin olmaq istəyirlər ki, İran nüvə silahına malikdir, yoxsa yox. Əgər varsa, onu əldə etməyi planlaşdıra bilərlər. Yoxdursa, Donald Tramp İranla nüvə hədəsi ilə danışmağa çalışacaq. Hətta sözügedən ölkəyə taktiki nüvə silahı tətbiq edib öz qələbəsini elan etməsi ehtimalı da istisna edilmir. İranın qələbəsi isə mövcud rejimin çökməməsi fonunda qiymətləndirilə bilər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPezeşkian İlham Əliyevə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
SiyasətAzərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.
SiyasətGücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
SiyasətHörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO
"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".