
ABŞ Konqresi nazirliyi pulsuz qoyub - May ayından maaşların verilməsi dayandırıla bilər
"Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər".
"Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər".
Gundem.today xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Markueyn Mallin "Fox News" telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, buna səbəb ABŞ Konqresinin sözügedən nazirliyin büdcəsini razılaşdıra bilməməsi nəticəsində yaranan vəsait qıtlığıdır.
"Vəsaitlər inanılmaz dərəcədə tez tükənir. Prezident isə maliyyələşdirməni uzatmağa imkan verəcək daha bir fərman verə bilməz, çünki artıq pul yoxdur", - deyə Mallin əlavə edib.
O vurğulayıb ki, maaşların verilməməsi ölkənin təhlükəsizliyinin təmin olunmasına, xüsusən də qeyri-qanuni miqrasiya ilə mübarizəyə və hava limanlarında sərnişinlərin yoxlanılması prosesinə kəskin dərəcədə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, fevralın 14-də ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi maliyyənin olmaması səbəbindən öz fəaliyyətini qismən dayandırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
DünyaQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - VİDEO
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
DünyaBrent markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.
Dünya"Brent" markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.