
ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.
ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.
Gundem.today xəbər verir ki, bu, "Flightradar24" xidmətinin məlumatlarından bəlli olur.
Bakı vaxtı ilə saat 8:51-də "RCH525" çağırış işarəsi olan təyyarə ümumi fövqəladə vəziyyətə işarə edən "7700" siqnalını ötürüb.
Uçuş izləmə məlumatlarına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qalxıb və Türkiyənin İncirlik aviabazasına eniş edib.
Təyyarənin həyəcan siqnalı vermə səbəbi hələlik məlum deyil.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNATO təlimlərində paraşütlə atılan milyonluq hərbi maşın MƏHV OLDU - VİDEO
NATO-nun hərbi təlimləri zamanı insident qeydə alınıb. Hərbçilər İspaniya Silahlı Qüvvələrinə məxsus "URO VAMTAC" yolsuzluq avtomobilini 300 metr hündürlükdən aşırıblar.
Dünyaİndoneziya Hörmüz boğazına qoşun göndərməkdən imtina etdi
İndoneziya hökuməti Böyük Britaniya və Fransanın Hörmüz boğazında dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə yaratdıqları missiyaya qatılmaqdan, bölgəyə hərbi kontingent yollamaqdan imtina edib.
DünyaYaponiyada təbii fəlakət tüğyan edir: Minlərlə sakin üçün təxliyə qərarı verildi - VİDEO
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında meşə yanğınları artıq 430 hektardan çox ərazini əhatə edib.
DünyaTrampla VİP görüş üçün tələb olunan məbləğ kəskin ucuzlaşdı
ABŞ Prezidenti Donald Trampla VİP görüş üçün tələb edilən məbləğdə kəskin eniş qeydə alınıb. İndi bu təması reallaşdırmaq üçün 539 min dollar ekvivalentində TRUMP memkoini yetərlidir.