
Trampla VİP görüş üçün tələb olunan məbləğ kəskin ucuzlaşdı
ABŞ Prezidenti Donald Trampla VİP görüş üçün tələb edilən məbləğdə kəskin eniş qeydə alınıb. İndi bu təması reallaşdırmaq üçün 539 min dollar ekvivalentində TRUMP memkoini yetərlidir.
ABŞ Prezidenti Donald Trampla VİP görüş üçün tələb edilən məbləğdə kəskin eniş qeydə alınıb. İndi bu təması reallaşdırmaq üçün 539 min dollar ekvivalentində TRUMP memkoini yetərlidir.
2025-ci ildə həmin rəqəm 3.28 milyon dollar səviyyəsində idi.
Gundem.today xəbər verir ki, "Financial Times" nəşrinin yaydığı məlumata əsasən, bu geriləmə bazar iştirakçılarının memkoinlərə olan diqqətinin zəifləməsi ilə əlaqədardır.
"CoinMarketCap" platformasının statistikasına görə, TRUMP rəqəmsal sikkəsi özünün maksimal dəyərinə nisbətən 93% ucuzlaşıb.
Mütəxəssis Ostin Kempbell bildirir ki, memkoinlərin bazarda dəyəri ümumi olaraq azalır və "Tramp" brendinin gücü bu layihələri gözlənildiyi qədər ayaqda tuta bilmir.
Vurğulanır ki, D.Tramp rəqəmsal valyutaları müdafiə etsə də, onun adını daşıyan şəxsi layihələr birmənalı qarşılanmır. 2025-ci ildə dövriyyəyə buraxılan $TRUMP və Melaniya Tramp tərəfindən anons edilən $MELANIA koinləri qısa vaxt ərzində böyük həcm toplasa da, sonradan kəskin şəkildə dəyərdən düşüb.
Memkoinlər əksər hallarda ictimai populyarlıqdan asılı olan, çox riskli və spekulyativ rəqəmsal valyuta növləri kimi qəbul edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-yə köçmək istəyənlərin sayı kəskin azalıb
ABŞ-yə yaşamaq üçün getmək arzusunda olan xarici vətəndaşların sayı ən aşağı səviyyəyə enib.
DünyaCorciya ştatında meşə yanğınları 90-a yaxın evi məhv edib - VİDEO
Son 48 saat ərzində Corciya ştatında baş verən meşə yanğınları nəticəsində 90-a yaxın yaşayış evi tamamilə yanaraq məhv olub.
Dünya"Meta" Zukerberqin xərclərini ödəmək üçün əməkdaşlarını ixtisar edəcək
"Meta" şirkəti kütləvi ixtisarlar elan edib. Təxminən 8 000 nəfər ixtisar olunacaq ki, bu da bütün personalın təqribən 10%-ni təşkil edir.
DünyaSAXAL "Hizbullah"ın hərbi obyektlərini vurdu - VİDEO
Aprelin 23-ü axşam saatlarında İsrailin şimalına edilən raket hücumuna cavab olaraq İsrail ordusu (SAXAL) Livanın cənubunda yerləşən "Hizbullah"ın iki bölgədəki hərbi obyektlərinə zərbələr endirib.