Son dəqiqə
Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOAlmaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilibAleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEOBəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildiSAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?
ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?
Dünya

ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?

Bu gün
13:40
0 baxış
Paylaş:

"Birləşmiş Ştatlar Hörmüz boğazını blokadaya almaqla Çin və Hindistanı İrana təzyiq göstərməyə məcbur etməyə çalışır".

"Birləşmiş Ştatlar Hörmüz boğazını blokadaya almaqla Çin və Hindistanı İrana təzyiq göstərməyə məcbur etməyə çalışır".

Gundem.today xəbər verir ki, belə bir iddia CNN telekanalının hazırladığı analitik materialda yer alır.

"ABŞ-nin həyata keçirdiyi bu əməliyyatın əsas məqsədlərindən biri Tehranı yenidən danışıqlar masasına qaytarmaq üçün Çin və Hindistan kimi İrandan neft alan dövlətlərə təzyiq etməkdir", - deyə telekanal vurğulayır.

Bununla yanaşı, bildirilir ki, ABŞ Çinlə bağlı məsələdə böyük riskə gedir. Çünki ABŞ gəmiləri tərəfindən İran nefti daşıyan hər hansı bir Çin tankerinə müdaxilə edilməsi ABŞ Prezidenti Donald Trampın çoxdan gözlədiyi və Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşündən bir neçə həftə əvvəl diplomatik insidentə səbəb ola bilər.

CNN-in təhlilinə görə, Vaşinqton Hörmüz boğazını bağlamaqla bu addımın müharibəyə tezliklə son qoyacağını düşünsə də, Tehranı düzgün qiymətləndirməyib. Belə ki, İran rəhbərliyi mövcud münaqişəni həyatda qalmaq uğrunda mübarizə kimi qəbul edir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ#Hörmüz_boğazı#İran#Çin#Hindistan#CNN_analizi#neft_ixracı#Donald_Tramp#Si_Cinpin#blokada#diplomatik_insident

Oxşar Xəbərlər

Almaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilibDünya

Almaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilib

Almaniyanın ən böyük hava yolu şirkəti olan "Lufthansa"da son onilliyin ən irimiqyaslı tətili baş tutub. Nəticədə, aprelin 16-da 656 aviareys təxirə salınıb.

Bu gün
15:480
SAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEODünya

SAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib.

Bu gün
15:320
Yaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdüDünya

Yaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü

Cümə axşamı Yaponiyanın Tokio Elektrik Enerji Şirkəti (TEPCO) bir sıra təxirəsalma, fəaliyyətin dayandırılması və təkrar işəsalma sınaqlarının ardınca dünyanın ən nəhəng nüvə elektrik stansiyası sayılan Kaşivazaki-Kariva AES-i rəsmən kommersiya istismarına buraxıb.

Bu gün
15:240
Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"Dünya

Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"

Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.

Bu gün
15:160