
ABŞ-nin İran gəmisini necə ələ keçirdiyinin kadrları yayılıb - VİDEO
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran bayrağı altında hərəkət edən "Touska" adlı yük gəmisinin ələ keçirilməsini əks etdirən video paylaşıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran bayrağı altında hərəkət edən "Touska" adlı yük gəmisinin ələ keçirilməsini əks etdirən video paylaşıb.
Gundem.today xəbər verir ki, bu barədə qeyd olunan kadrlar CENTCOM-un "X" sosial şəbəkəsində yerləşdirilib.
Görüntülərdə gəminin açıq dənizdə üzdüyü və arxasınca ABŞ hərbi gəmisinin hərəkət etdiyi əks olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın "Truth Social" platformasında verdiyi məlumata görə, yük gəmisi hərbi-dəniz mühasirəsini yarmağa cəhd edib. Raket silahları ilə təchiz olunmuş ABŞ esminesi "Touska"nın qarşısını alıb. İrana məxsus gəminin heyəti verilən əmrlərə tabe olmaqdan imtina etdiyi üçün ABŞ hərbçiləri onun mühərrik bölməsində dəlik açaraq hərəkətini dərhal dayandırıblar.
ABŞ tərəfindən ələ keçirilən "Touska" yük gəmisi İranın Bəndər-Abbas limanına doğru hərəkət edirmiş.
Gundem.today xəbər verir ki, bu iddia ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çıxış edib.
Hərbçilərin məlumatına görə, İran bayrağı altında hərəkət edən "Touska" gəmisinin ekipajı altı saat ərzində dəfələrlə edilən xəbərdarlıqlara cavab verməyib, bundan sonra "USS Spruance" gəminin mühərrik bölməsinə 127 millimetrlik "Mark 45" topundan bir neçə atəş açıb.
Daha sonra, dəniz piyadaları "Touska"nın göyərtəsinə çıxaraq gəmini ələ keçiriblər.
ABŞ Prezidenti Donald Tramp İran mediasının amerikalı hərbçilərin İran ticarət gəmisinə atəş açması ilə bağlı məlumatını təsdiqləyib.
Gundem.today xəbər verir ki, o, bu barədə açıqlamasında bildirib.
"Bu gün İran bayrağı altında üzən, uzunluğu təxminən 900 fut olan və demək olar ki, aviadaşıyıcı ilə müqayisə edilə bilən "Touska" adlı yük gəmisi bizim dəniz blokadamızı yarmağa cəhd etdi və bu, onlar üçün uğursuzluqla nəticələndi. Gəmimiz onu yerindəcə dayandırdı və mühərrik bölməsində dəlik açdı… Gəmi tam nəzarətimiz altındadır və biz onun göyərtəsində nə olduğunu yoxlayırıq", - Tramp qeyd edib.
19 aprel, 23:36
ABŞ Hərbi Dəniz Qüvvələri İran ticarət gəmisinə atəş açıb.
Gundem.today xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı "Mehr" xəbər agentliyinə istinadla yayıb.
Bildirilir ki, məqsəd gəmini limana qayıtmağa məcbur etmək olub.
Məlumata əsasən, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bölmələrinin gəmiyə dəstək üçün vaxtında əraziyə gəlməsi amerikalıları geri çəkilməyə və insident zonasını tərk etməyə məcbur edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEO
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.
DünyaABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdır
Amerika Birləşmiş Ştatları təchizat zəncirinin gücləndirilməsi və Çinə olan ehtiyacın azaldılması məqsədilə tərəfdaşlarına strateji əhəmiyyətli minerallara görə daha yüksək məbləğ ödəməyin zəruriliyini çatdırıb.
Dünyaİrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
DünyaTrampdan İrana SON ŞANS: Atəşkəs yenə uzadılır?
ABŞ Prezidenti Donald Tramp İrana öz təkliflərini hazırlaması üçün əlavə bir neçə gün vaxt verməyə razıdır. Əgər bu baş verməsə, elan olunan atəşkəs başa çatacaq.