
İrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) yayıb.
"UKMTO İrandan 8 dəniz mili qərbdə baş verən hadisə ilə bağlı məlumat əldə edib. Limandan çıxan gəminin kapitanı atəş açıldığını və hazırda gəminin dayandığını bildirir. Heyət üzvlərinin təhlükəsizlikdə olduğu qeyd edilir. Gəmiyə hər hansı ziyan dəydiyi barədə məlumat daxil olmayıb", - deyə qurumun açıqlamasında vurğulanır.
Hörmüz boğazı sularında, Oman sahillərindən təxminən 15 dəniz mili aralığında konteyner gəmisinə hücum faktı qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.
"Gəminin kapitanının sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus artilleriya kateri onlara yaxınlaşaraq radiostansiya (VHF) vasitəsilə heç bir xəbərdarlıq etmədən atəş açıb. Nəticədə gəminin kapitan körpüsünə ciddi ziyan dəyib. Hər hansı bir yanğın və ya ekoloji zərər qeydə alınmayıb. Heyətin bütün üzvlərinin vəziyyəti yaxşıdır və onlar təhlükəsiz yerdədirlər", - deyə məlumatda vurğulanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?
Gələn həftə Yer kürəsinin sakinləri G1 səviyyəli maqnit qasırğalarını hiss edəcəklər.
DünyaErmənistan TRIPP layihəsinin icrasına nə vaxt başlayır? - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin icrası çərçivəsində real işlərə 2026-cı ildə başlanacağına əmindir.
DünyaAtəşkəs kağız üzərində qaldı? - İsrail Livanı vurdu, ölən və yaralananlar var
İsrail ordusu atəşkəs rejimini pozaraq Livana zərbələr endirib, itkilər var.
DünyaBill və Melinda Qeyts Fondunun Epşteynlə əlaqələri yoxlanılacaq
Bill və Melinda Qeyts Fondu yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqələrə dair xarici araşdırma başladıb.