
ABŞ-nin növbəti hədəfi - Həyəcanlı açıqlama
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın Amerika Birləşmiş Ştatlarının növbəti hədəfi ola biləcəyini istisna etməyib.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın Amerika Birləşmiş Ştatlarının növbəti hədəfi ola biləcəyini istisna etməyib.
Gundem.today xəbər verir ki, siyasətçi bu barədə NBC telekanalına müsahibə verərkən danışıb.
Hökumət rəhbəri diqqətə çatdırıb ki, Ağ Ev adanı ələ keçirmək cəhdlərindən əl çəkmir və bu vəziyyət artıq yerli əhali arasında kəskin qorxu, eləcə də qəzəbə səbəb olur. Nilsen Qrenlandiyanın satış obyekti olmadığını qəti şəkildə bəyan edib:
"Əgər onlar (ABŞ) bizim infrastrukturumuza qarşı hər hansı bir addım atarlarsa, təbii ki, biz buna hazır olmalıyıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilib
Almaniyanın ən böyük hava yolu şirkəti olan "Lufthansa"da son onilliyin ən irimiqyaslı tətili baş tutub. Nəticədə, aprelin 16-da 656 aviareys təxirə salınıb.
DünyaSAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib.
DünyaYaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü
Cümə axşamı Yaponiyanın Tokio Elektrik Enerji Şirkəti (TEPCO) bir sıra təxirəsalma, fəaliyyətin dayandırılması və təkrar işəsalma sınaqlarının ardınca dünyanın ən nəhəng nüvə elektrik stansiyası sayılan Kaşivazaki-Kariva AES-i rəsmən kommersiya istismarına buraxıb.
DünyaZelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"
Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.