
ABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilər
ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.
ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.
Gundem.today xəbər verir ki, bu barədə CNN ekspertlərin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Məlumata görə, döyüş əməliyyatları zamanı silah ehtiyatlarının əhəmiyyətli hissəsi istifadə olunub. Xüsusilə, ABŞ yüksəkdəqiqlikli raketlərin təxminən 45%-ni, "THAAD" sisteminin 50%-ni, "Patriot" komplekslərinin demək olar ki, yarısını sərf edib. "Tomahawk" və digər uzaqmənzilli sistemlərin ehtiyatı isə 20-30% azalıb.
Ekspertlərin sözlərinə görə, mövcud ehtiyatlar genişmiqyaslı münaqişə üçün, xüsusilə, Çin kimi güclü rəqiblə qarşıdurma halında kifayət etməyə bilər.
Qeyd olunur ki, istehsal müddətlərinin uzun olması səbəbindən arsenalın bərpası 3 ildən 5 ilə qədər davam edə bilər.
Bu fonda Estoniyanın müdafiə naziri Hanno Pevkur ABŞ-nin ölkəsinə silah tədarükünü müvəqqəti dayandırdığını bildirib. Onun sözlərinə görə, bu, xüsusilə, HIMARS sistemi üçün tələb olunan raketlərə və "Javelin" tank əleyhinə komplekslərinə aiddir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu
Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.
DünyaArıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq
Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər.
DünyaBritaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir
Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək.
DünyaEnn Heteuey dünyanın ən gözəl qadını seçilib - FOTO
Tanınmış Hollivud ulduzu Enn Heteuey dünyanın ən gözəl insanları siyahısında birinci yerə layiq görülüb.