Son dəqiqə
Bəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEOAğıl dişləri nə vaxt çıxarılmalıdır?Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtulduAta və oğul Kriştianu Ronaldu eyni klubda oynaya bilərArıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıqSənəd dəyişdirildi, evlər satıldı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ prezidenti: "İranla bağlı bəzi xoş xəbərlərimiz var"
ABŞ prezidenti: "İranla bağlı bəzi xoş xəbərlərimiz var"
Dünya

ABŞ prezidenti: "İranla bağlı bəzi xoş xəbərlərimiz var"

18 aprel 2026
10:20
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonla Tehran arasındakı danışıqlar nəticəsiz qalarsa, Birləşmiş Ştatlar İran İslam Respublikasına qarşı hərbi əməliyyatları yenidən başlada bilər.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonla Tehran arasındakı danışıqlar nəticəsiz qalarsa, Birləşmiş Ştatlar İran İslam Respublikasına qarşı hərbi əməliyyatları yenidən başlada bilər.

Gundem.today xəbər verir ki, Ağ Ev lideri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Ola bilsin ki, mən atəşkəsin müddətini uzatmayım. Hazırda blokada mövcuddur və təəssüf ki, biz yenidən bombardmanlara başlamaq məcburiyyətində qalacağıq", - Donald Tramp atəşkəs rejiminin uzadılması ehtimalı və çərşənbə gününə qədər razılaşma əldə olunmayacağı təqdirdə atılacaq addımlarla bağlı sualın cavabında deyib.

Ağ Ev lideri, həmçinin vurğulayıb ki, əgər İran zənginləşdirilmiş uranın ölkədən çıxarılması prosesində əməkdaşlıqdan imtina edərsə, ABŞ-nin cavabı dostyana olmayacaq. Zənginləşdirilmiş uranın İrandan nə vaxt çıxarılacağı barədə suala cavab verən prezident bunun razılaşma imzalandıqdan sonra istənilən hər hansı bir məqamda baş tutacağını bildirib.

"Biz İranla birlikdə oraya daxil olacağıq, həmin uranı 100 faiz həcmində götürüb Birləşmiş Ştatlara gətirəcəyik. Əgər bu, könüllü şəkildə edilməsə, biz bunu başqa, heç də dostyana olmayan bir formada həyata keçirəcəyik", - deyə o qeyd edib.

Bundan başqa D.Tramp cümə günü İranla bağlı olduqca yaxşı xəbər aldığını iddia deyib, ancaq təfərrüat verməyib.

"İrana gəldikdə, Yaxın Şərqdə işlər yaxşı gedir. Bunu öyrənəcəksiniz", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#ABŞ#İran#zənginləşdirilmiş_uran#hərbi_əməliyyatlar#bombardman#Vaşinqton#Tehran#atəşkəs#nüvə_razılaşması#beynəlxalq_siyasət

Oxşar Xəbərlər

Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtulduDünya

Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu

Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.

Bu gün
04:180
Arıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıqDünya

Arıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq

Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər.

Bu gün
03:200
Britaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilirDünya

Britaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir

Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək.

Bu gün
02:480
ABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilərDünya

ABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilər

ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.

Bu gün
02:360