
ABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıb
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.
Gundem.today xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndələri Cared Kuşner və Stiven Uitkoff əvvəlcə Pakistan vasitəçiləri ilə ikitərəfli görüşlər keçirəcək, bundan sonra isə İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş baş tuta bilər.
Bildirilir ki, Əraqçı aprelin 24-25-də Pakistan tərəfi ilə danışıqlar aparacaq və bu görüşlər ABŞ ilə danışıqların bərpasına həsr olunacaq.
Eyni zamanda qeyd olunur ki, İran XİN rəhbərinin Oman və Rusiyaya planlaşdırılan səfərləri səbəbindən ABŞ ilə təmasların dəqiq vaxtı hələ tam müəyyənləşməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Porsche" "Bugatti" brendindən imtina edir
Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.
DünyaABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurub
ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.
DünyaAli Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər
"ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər".
DünyaAvropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fars körfəzi ölkələrinə Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş hərbi-dəniz əməkdaşlığı təklif edib.