Son dəqiqə
Gecələr həddindən artıq tərləmənin səbəbi nədir?Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb"Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI - VİDEOABŞ-də federal səviyyədə edamlar bərpa olunacaqÇin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblarQərbi Azərbaycan Xronikası: "Qəlbimiz Zəngi çayının sahilində, bərəkətli torpaqlarda qalıb" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. "Porsche" "Bugatti" brendindən imtina edir
"Porsche" "Bugatti" brendindən imtina edir
Dünya

"Porsche" "Bugatti" brendindən imtina edir

Bu gün
01:48
0 baxış
Paylaş:

Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.

Almaniyanın idman və lüks avtomobil istehsalçısı "Porsche" şirkəti "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.

Gundem.today TASS-a istinadən xəbərinə görə, bu barədə şirkətdən açıqlama verilib.

Məlumata görə, "Porsche" "Bugatti Rimac" və "Rimac Group" şirkətlərindəki payını Nyu-Yorkdan olan "HOF Capital" investisiya şirkətinin rəhbərlik etdiyi konsorsiuma satmağa razılıq verib.

"Əməliyyat üzrə müvafiq müqavilələr aprelin 24-də imzalanıb. Yekun müqavilələr müvafiq tənzimləyici orqanların təsdiqləri də daxil olmaqla, standart ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır", - deyə şirkət açıqlamasında bildirib.

"Porsche" və "Rimac Group" şirkəti 2021-ci ildə "Bugatti Rimac" birgə müəssisəsini təsis ediblər.

"Bu birgə müəssisədə "Porsche" 45%-lik minoritar (minoritar paket - ölçüsü müəssisənin səhmlərinin 50%-dən az olan səhmlər bloku) paketə sahibdir, "Rimac Group" isə 55% paya sahibdir. Bundan əlavə, "Porsche" "Rimac Group"un özündə də 20.6% paya sahibdir. Elan edilən müqavilə çərçivəsində "Porsche" səhmlərini "HOF Capital"ın rəhbərlik etdiyi konsorsiuma satmaqla, hər iki şirkətin kapitalından tamamilə çıxacaq. Bu konsorsiuma ən böyük investor kimi "BlueFive Capital", eləcə də ABŞ və Aİ-dən olan institusional investorlar qrupu daxildir. Müqavilə başa çatdıqdan sonra "Rimac Group" "Bugatti Rimac"ı öz nəzarətinə götürmək və gələcək böyüməni dəstəkləmək üçün "HOF Capital" və "BlueFive Capital" ilə strateji tərəfdaşlıq qurmaq niyyətindədir", - deyə açıqlamada qeyd edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Porsche#Bugatti_Rimac#Rimac_Group#səhm_satışı#HOF_Capital#investisiya#lüks_avtomobillər#avtomobil_sənayesi#BlueFive_Capital#biznes_sövdələşməsi.

Oxşar Xəbərlər

Gecələr həddindən artıq tərləmənin səbəbi nədir?Dünya

Gecələr həddindən artıq tərləmənin səbəbi nədir?

"Orqanizmdəki daxili proseslər səbəbindən gecələr insanlara isti ola bilər".

Bu gün
03:480
Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşübDünya

Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb

Çində son illər ərzində azı doqquz alim müəmmalı şəkildə həlak olub.

Bu gün
03:140
ABŞ-də federal səviyyədə edamlar bərpa olunacaqDünya

ABŞ-də federal səviyyədə edamlar bərpa olunacaq

ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm cəzasının tətbiqinin bərpası üçün addımlar atıb.

Bu gün
02:460
Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblarDünya

Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar

Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.

Bu gün
02:180