
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
"Armenpress" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Numan Kurtulmuşla görüşündən sonra bildirib.
"Mən İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla söhbət etdim. Həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım", - deyə A.Simonyan qeyd edib.
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. "Kavkazskiy Uzel" nəşri ölkəmizin Xarici İşlər Nazirliyinə istinadən xəbəri oxucularının diqqətinə çatdırıb.
Bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLatviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"
"Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".
SiyasətEdqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"
"Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu".
SiyasətPrezident: "Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir"
"O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb".
Siyasətİlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.