Son dəqiqə
CNN-in qurucusu Ted Törner vəfat etdiNovxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldıİtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEOGəncədə uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi - VİDEOBakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADIDeputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər?
ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər?
Dünya

ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər?

Bu gün
17:20
0 baxış
Paylaş:

ABŞ və İran hərbi toqquşmalara son qoyulmasını nəzərdə tutan bir səhifəlik memorandumun imzalanması ərəfəsindədirlər.

ABŞ və İran hərbi toqquşmalara son qoyulmasını nəzərdə tutan bir səhifəlik memorandumun imzalanması ərəfəsindədirlər.

Gundem.today bildirir ki, bu barədə "Axios" məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi "Azadlıq layihəsi" əməliyyatını dondurmaq qərarı məhz tərəflər arasındakı danışıqlarda əldə edilən müsbət nəticələrlə bağlıdır. Sözügedən sənəd Vaşinqtonun 14 bənddən ibarət planı üzərində qurulub və bölgədəki hərbi fəaliyyətlərin dayandırılmasını, eyni zamanda Hörmüz boğazında dəniz nəqliyyatı, İranın nüvə proqramı və Amerika sanksiyalarının ləğv edilməsi məsələlərini əhatə edən 30 günlük yeni danışıqlar mərhələsinin başlanmasını özündə əks etdirir.

Qeyd edək ki, aprel ayının 11-də Amerika Birləşmiş Ştatları və İran nümayəndələri Pakistanın paytaxtı İslamabadda görüş keçirmişdilər. Həmin vaxt tərəflər ən azı iki mühüm mövzuda - nüvə proqramı və Hörmüz boğazı məsələsində ortaq məxrəcə gələ bilməmişdilər. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmadığını və bu səbəbdən Amerika ordusunun İrana qarşı dəniz blokadası başlatdığını bəyan etmişdi.

İslamabadda baş tutan görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edirdi. Qrupun tərkibində həmçinin prezidentin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer almışdı. İran heyətini isə danışıqlarda parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edirdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Hörmüz_boğazı

Oxşar Xəbərlər

CNN-in qurucusu Ted Törner vəfat etdiDünya

CNN-in qurucusu Ted Törner vəfat etdi

CNN telekanalının qurucusu Ted Törner 87 yaşında vəfat edib.

Bu gün
18:360
İtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEODünya

İtaliyada xaos: Tovuzquşular şəhəri "ələ keçirdi" - VİDEO

Adriatik dənizi sahilində yerləşən İtaliyanın kiçik Punta-Marina şəhəri tovuzquşuların "hücum"undan əziyyət çəkir.

Bu gün
18:300
İndoneziyada dəhşətli qəza: Azı 16 nəfər öldü - FOTO - VİDEODünya

İndoneziyada dəhşətli qəza: Azı 16 nəfər öldü - FOTO - VİDEO

İndoneziyada sərnişin avtobusunun avtosisternlə toqquşması nəticəsində azı 16 nəfər həlak olub.

Bu gün
18:060
Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"Dünya

Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"

"Vaşinqton və Tehran ortaq məxrəcə gələrsə, Birləşmiş Ştatlar "Epik qəzəb" hərbi əməliyyatını dayandıracaq və Hörmüz boğazının istifadəsini İran da daxil olmaqla bütün tərəflər üçün bərpa edəcək".

Bu gün
17:440