Son dəqiqə
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilirDağıstan hökuməti istefaya göndərildi: Müvəqqəti baş nazir təyin edildiCənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİLFəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATINaxçıvanda su xəttində qəza baş veribİsrail Baş Qərargah rəisi: "Hizbullah"ın 2000-dən çox üzvü məhv edilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI
Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI
Cəmiyyət

Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI

Bu gün
18:22
0 baxış
Paylaş:

Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.

Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.

Gundem.today xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə videomüraciət yayıb.

2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva iddia edib ki, yaxınları - atası və əmisi tərəfindən cinsi istismara məruz qalır və təhdid edilir.

Ailənin ikinci övladı olduğunu bildirən N.Şirəliyeva videomüraciətində bildirib ki, öz doğma əmisi, 1993-cü il təvəllüdlü Allahyar Qasımlı tərəfindən təhdid olunur. Eyni zamanda, öz doğma atası Daşqın Rafiq oğlu Şirəliyev onun dəli olmasına dair əsassız fikirlər irəli sürür.

"Məndən ekspertiza rəyi tələb edirlər. Aprelin 23-də İsmayıllı Rayon Polis Şöbəsinə cinsi istismara məruz qalmağım və təhdid edilməyimlə bağlı müraciət etmişəm", - deyə N.Şirəliyeva bildirib.

O qeyd edib ki, bundan sonra atası və əmisi tərəfindən yenidən təhdidlərə məruz qalıb və əmisinin onun köhnə e-mail hesabları, yazışmaları, şəxsi video və şəkillərini qanunsuz əldə edərək əleyhinə istifadə etməyə çalışdığını, atasının isə onu psixiatriya müəssisəsinə yerləşdirməklə hədələdiyini vurğulayıb.

N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumlara müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib və paylaşımından sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adlarını çəkdiyi şəxslərin məsuliyyət daşımalı olduğunu diqqətə çatdırıb.

Gundem.today-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib. Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Cinsi_istismar#İsmayıllı_Rayon_Polis_Şöbəsi#Daxili_İşlər_Nazirliyi_(DİN)#Ölümlə_təhdid

Oxşar Xəbərlər

Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilirCəmiyyət

Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilir

Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.

Bu gün
19:260
Naxçıvanda su xəttində qəza baş veribCəmiyyət

Naxçıvanda su xəttində qəza baş verib

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
19:060
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
18:480
Gəncədə uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi: Qurumdan rəsmi reaksiya - VİDEOCəmiyyət

Gəncədə uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi: Qurumdan rəsmi reaksiya - VİDEO

Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.

Bu gün
18:460