
Abşeron yarımadasında mart ayında rekord yağıntı qeydə alınıb
Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.
Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm təşkil edib ki, bu da aylıq normanın təxminən 150%-nə bərabər olub.
Martın 27-28-də isə ümumilikdə 143 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 606%-ni təşkil edir.
Aylıq göstəricilərə gəldikdə, 1988-ci ilin mart ayında Bakı və Abşeron yarımadasında ümumilikdə 83 mm yağıntı düşüb ki, bu da aylıq normanın 352%-nə bərabər olub. 2026-cı ilin mart ayının ilk 28 günü ərzində isə yağıntının miqdarı 151 mm təşkil edib. Bu göstərici aylıq normanın 640%-i, yəni təxminən 6 dəfə çoxdur.
Beləliklə, müşahidə olunan yağıntı göstəriciləri 1988-ci ilin müvafiq rekordları ilə müqayisədə sutkalıq maksimum üzrə təxminən 4 dəfə, aylıq göstərici üzrə isə təxminən 2 dəfə çoxdur. Bu isə cari dövrdə yağıntıların intensivliyinin və anomaliyasının yüksək olduğunu göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.