
Abşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə qalıblar - VİDEO
Abşeron rayonunda şagirdlərin tibbi dispanserizasiyadan keçirilməsi ilə bağlı tətbiq olunan qayda valideynlərin narazılığına səbəb olub.
Abşeron rayonunda şagirdlərin tibbi dispanserizasiyadan keçirilməsi ilə bağlı tətbiq olunan qayda valideynlərin narazılığına səbəb olub.
Bu barədə Gundem.today-a şikayət daxil olub.
Qeyd olunub ki, Abşeron Rayon Təhsil İdarəsi dərs ilinin sonuna yaxın məktəblilərdən tibbi müayinədən keçməyi tələb edir. Lakin bu proses məktəblərdə təşkil olunmur, şagirdlər birbaşa Abşeron Rayon Mərkəzi Xəstəxanası yönləndirilirlər.
Şikayətlərdə bildirilir ki, xəstəxanada artıq gündəlik müayinə üçün gələn vətəndaşlarla yanaşı, məktəblilər və onların valideynləri də kütləvi şəkildə ora üz tuturlar. Bu isə tibb müəssisəsində sıxlıq və uzun növbələrin yaranmasına səbəb olur.
Valideynlər qeyd edirlər ki, mövcud şəraitdə şagirdləri həftələrlə məktəbdən yayındıraraq xəstəxanada növbəyə durmaq məcburiyyətində qalırlar. Bu hal həm tədris prosesinə mənfi təsir göstərir, həm də ailələr üçün əlavə çətinliklər yaradır.
"Əgər tibbi arayışın alınması zəruridirsə, ya məktəblərə həkim briqadaları göndərilsin, ya da xəstəxanada növbəlilik sistemi tətbiq edilərək hər məktəb üçün ayrıca günlər müəyyənləşdirilsin", - deyə şikayətdə bildirilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin tibbi-profilaktik müayinələrinin (icbari dispanserizasiyanın) təşkili Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq həyata keçirilir və qərarda nəzərdə tutulan sənədlərin təqdim edilməsi istənilir.
"İcbari dispanserizasiyanın məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstələnmə hallarının azaldılması, eləcə də uşaqların xəstəliklərdən qorunmasıdır", - deyə məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildiriblər ki, "188" yükdaşıma şirkətində çalışan işçilərə artıq aylardır əməkhaqqı ödənilmir.
CəmiyyətADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və yerli sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
CəmiyyətKişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEO
Azərbaycanda ənənəvi olaraq qadınlar ailə qurduqdan sonra həyat yoldaşlarının soyadını qəbul edirlər. Lakin son illər bu ənənədə müəyyən dəyişikliklər müşahidə olunur.
Cəmiyyət13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.