
Abşeronun Məmmədli kəndində yağışdan sonra ACINACAQLI VƏZİYYƏT: Sakinlər evlərindən çıxa bilmirlər
Məmmədli kəndində yağan intensiv yağışlardan sonra yaranan vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Məmmədli kəndində yağan intensiv yağışlardan sonra yaranan vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Bu barədə Gundem.today-a şikayət daxil olub.
Qeyd olunub ki, yağışdan sonra kəndin bir çox küçə və həyətləri su altında qalıb, yollar keçilməz hala düşüb.
"Əraziyə toplanan yağış suları hərəkəti tamamilə iflic edib. Həyətlər, küçələr su altında qalıb. Evdən çıxıb yolu piyada keçmək mümkün deyil, əraziyə heç bir avtomobil girə bilmir. Palçıq, su dizdəndir. Qalmışıq çıxılmaz vəziyyətdə. Hər dəfə yağıntıdan sonra bu problem təkrarlanır. Dəfələrlə aidiyyəti qurumlara - icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etmişik. Bu günə kimi nə əraziyə baxış keçirən var, nə də problemi aradan qaldırmağa çalışan", - deyə şikayətdə bildirilir.
Gundem.today-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib ki, onlar ancaq xilasetmə işlərinə cavabdehdirlər.
"Mövcud qanunvericiliyə, o cümlədən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, qeyd etdiyiniz məsələ FHN-in deyil, yerli icra hakimiyyəti strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir. Subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi isə onların müraciəti əsasında tərəfimizdən həyata keçirilir", - deyə açıqlamada bildirilib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə də sorğu verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.