
Adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri yenidən məhkəmə qarşısında
Adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Gundem.today Pravda.az-a istinadla xəbər verir ki, müraciət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Valiev və Əli Xangəldiyev 8 il 6 ay, Vaqif Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaq orqanı tərəfindən E.Valiev, Ə.Xangəldiyev və V.Hüseynov barəsində Cinayət Məcəlləsinin 144.2.5 (adam oğurluğu) və 133 (əzab vermə) maddələri ilə yekun ittiham irəli sürülüb. Onlar bir kişi və bir qadını oğurlamaqda təqsirli bilinirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalDövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU
Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən Məhərrəm Əliyev, Qurbanxan İsgəndərov və Yaşar Heydərov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalErmənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb
İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
KriminalSəhv məlumata görə ər-arvadı qətlə yetirənlərə HÖKM OXUNDU
Şabranda mənzilə basqın edərək ev sahiblərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.
KriminalƏvvəllər məhkum olunmuş 50 yaşlı qadın 72 kq narkotiklə TUTULDU - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı paraplanla ölkəyə gətirilən 72 kq marixuana və 5687 ədəd metadon həbi aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər həbs edilib.