
Adriana Lima və Alessandra Ambrosio "Trendyol" ilə əməkdaşlığa başlayıb - FOTO
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol"un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal ink
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol"un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal inkişaf strategiyasını əks etdirir.
Dünyaya səs salan bu kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və Alessandra Ambrosio "Trendyol"un geniş məhsul portfelindən seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda baxışlarını ön plana çıxarıblar.
Türkiyə, Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə fəaliyyət göstərən "Trendyol" beynəlxalq mövqeyini yüksəksəviyyəli tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir. Şirkət ötən il keçirilən "Əfsanəvi noyabr" kampaniyası çərçivəsində dünya şöhrətli futbolçu Kriştianu Ronaldunun nişanlısı Corcina Rodrigez ilə də əməkdaşlıq edib. Platformanın Körfəz ölkələrində keçirdiyi kampaniyanın sosial media siması olan Rodrigez, "Trendyol"un geniş çeşidindən seçdiyi sevimli məhsullarını 72 milyon izləyicisi ilə paylaşıb.
Adriana Lima və Alessandra Ambrosio 2000-ci illərin əvvəllərindən etibarən podium dünyasının ən tanınmış simaları sırasında yer alırlar. Braziliya əsilli Lima 1999-cu ildə "Victoria"s Secret Fashion Show"da iştirak etdikdən sonra qlobal şöhrət qazanıb, 19 dəfə "Mələk" kimi podiuma çıxıb və dünyanın aparıcı dəb jurnallarının üz qabığında yer alıb. Karyerası boyunca o, moda sənayesinin ən nüfuzlu nümayişlərində iştirak edib və demək olar ki, bütün aparıcı moda evlərinin reklam kampaniyalarının siması olub.
Ambrosio isə "Victoria"s Secret" podiumunda ilk dəfə 2000-ci ildə çıxış edib və Lima kimi bu şouda 19 dəfə iştirak edib. O, podium karyerası ilə yanaşı, film və seriallarda da çəkilib. Ambrosio karyerası ərzində bir çox qlobal moda brendlərinin reklam kampaniyalarında yer alıb və onların siması kimi çıxış edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"PAŞA Holding" struktur transformasiyası çərçivəsində "PAŞA Ventures Company" MMC-ni təsis edib
"PAŞA Holding" davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində "PAŞA Ventures Company" MMC-nin yaradıldığını elan edib. Hüquqi baxımdan əvvəlki "PAŞA Management Company" əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. "PAŞA Ventures Company" MMC-nin idarəçiliyi altında "Saffron Restaurant Group", "Blue Planet" p
Digər"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib - FOTO
Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub.
Digər"HONOR" flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası - FOTO
Qlobal texnologiya brendi "HONOR Azərbaycan"da premium orta seqmentdə inqilab yaradan "HONOR 600" seriyasını təqdim etdi. Yeni cihazlar qabaqcıl AI imkanlarını, flaqman kamerasını və rekord həcmdə batareya ömrünü birləşdirərək istifadəçilərə yalnız ən yüksək modellərdə mövcud olan texnologiya səviyyəsini təklif edir.
DigərAHİK-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.