Son dəqiqə
"Azadlıq layihəsi" əməliyyatını dayandırmağı Trampdan kim xahiş edib?Naxçıvanda avtomobil qəzası kəndi qazsız qoyduBƏƏ sahillərində Çinin neft tankerinə hücum edildiŞəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTOKriştianu Ronaldu tarix yazmaqda davam edirİnsan alverinə qarşı yeni fəaliyyət planı Prezidentə təqdim olunub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. ADY Dərnəgül istiqaməti üzrə gediş haqlarını açıqladı - FOTO
ADY Dərnəgül istiqaməti üzrə gediş haqlarını açıqladı - FOTO
Cəmiyyət

ADY Dərnəgül istiqaməti üzrə gediş haqlarını açıqladı - FOTO

Bu gün
09:08
0 baxış
Paylaş:

"Bakı-Xırdalan-Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib".

"Bakı-Xırdalan-Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib".

Gundem.today xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb:

"Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb".

"Bakı-Dərnəgül, Dərnəgül-Biləcəri və Dərnəgül-Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül-Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək. Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül-Biləcəri və Biləcəri-Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül-Xırdalan və Xırdalan-Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək", - deyə departament rəisi vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ADY#Azərbaycan_Dəmir_Yolları#Dərnəgül_dayanacağı#Dərnəgül_stansiyası#Bakı-Sumqayıt_qatarı#qatar_biletləri#gediş_haqqı#dəmiryolu_infrastrukturu#Azər_Fərəcov.

Oxşar Xəbərlər

Naxçıvanda avtomobil qəzası kəndi qazsız qoyduCəmiyyət

Naxçıvanda avtomobil qəzası kəndi qazsız qoydu

Naxçıvan Muxtar Respublikası Babək rayonu, Sirab kəndində saat 08:30-da minik avtomobili qaz xəttinə çırpılıb.

Bu gün
10:200
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTOCəmiyyət

Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yollar" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

Bu gün
10:150
Məhkəmə qərarı ilə doqquz uşağa doğum şəhadətnaməsi verilibCəmiyyət

Məhkəmə qərarı ilə doqquz uşağa doğum şəhadətnaməsi verilib

2025-ci ildə doqquz uşağın doğum faktı məhkəmə və ya digər hüquqi prosedurlarla təsdiqlənib.

Bu gün
09:560
17 mayda keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərin NƏZƏRİNƏCəmiyyət

17 mayda keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərin NƏZƏRİNƏ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bir neçə imtahanın keçirilməsi nəzərdə tutulub.

Bu gün
09:420