Son dəqiqə
Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldıAzərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldılar - FOTOABŞ-də hantavirusla əlaqədar 3-cü səviyyəli fövqəladə vəziyyət elan edildiŞahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVAXanlar Vəliyevin qızına yeni vəzifə verildi"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO
Cəmiyyət

Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO

Bu gün
10:15
0 baxış
Paylaş:

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yollar" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yollar" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

Gundem.today xəbər verir ki, artıq üçüncü ildir təşkil olunan səfərin ilk günündə nümayəndə heyəti "57-ci Alay Şəhidliyi", "Çanaqqala Şəhidlər Abidəsi", "Troya Atı Muzeyi", "Dəniz Muzeyi" və "Seyit Onbaşı Abidəsi"ni ziyarət edib.

Şəhid ailələri bu tarixi məkanlarda həlak olanların xatirəsini ehtiramla yad edərək dualar oxuyub, həmçinin Çanaqqalada yerləşən və azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər.

Səfərin ikinci günü Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailə üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və səfərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyəti şəhərdəki "Atatürk Abidəsi", "Zəfər Muzeyi", "Hisart Canlı Tarix Muzeyi" və "Nusret Mayın Gəmisi"ni ziyarət edib.

Səfər çərçivəsində Çanaqqalada yaşayan şəhid ailələri, Qazilər Dərnəyi, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən təşkilat rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin növbəti mərhələsində nümayəndə heyəti İstanbul şəhərinə yollanıb. Şəhid ailələri burada Türkiyənin tarixi və mənəvi irsini əks etdirən mühüm məkanları ziyarət ediblər. Nümayəndə heyəti "Ayasofiya" məscidi, "Sultan Əhməd" məscidi və "Eyüp Sultan" məscidində olub, dualar edib və ortaq mənəvi dəyərləri ehtiramla yad ediblər. Daha sonra "Topqapı Sarayı" və "Qapalı Çarşı" ilə tanış olan şəhid ailələri İstanbulun zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat əldə ediblər. Səfər çərçivəsində İstanbul şəhərində "Türkiye Harp Malulü Gaziler, Şehit Dul ve Yetimleri Derneği" nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, iki qardaş ölkə arasında əməkdaşlıq imkanları və ortaq layihələrin gələcəkdə davam etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, beşgünlük səfər çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan məkanları ziyarət edib, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanların xatirəsini yad ediblər. Layihə iki qardaş xalq arasında mənəvi birliyin, qarşılıqlı dəstək və həmrəyliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#şəhid_ailələri#Çanaqqala_ziyarəti#İstanbul_səfəri#Zəfər_ictimai_birliyi#TİKA#AZAL#Azərbaycan_və_Türkiyə_qardaşlığı#şəhidlər_abidəsi#qazilər_dərnəyi#tarixi_məkanların_ziyarəti

Oxşar Xəbərlər

Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldıCəmiyyət

Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldı

Zaqatala rayonu ərazisində saat 11:25-də yük avtomobili qaz xəttinə çırpılıb.

Bu gün
12:060
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVACəmiyyət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Mayın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu gün
11:440
Xanlar Vəliyevin qızına yeni vəzifə verildiCəmiyyət

Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

Bu gün
11:400
Birlik sədri: "Hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var" - FOTOCəmiyyət

Birlik sədri: "Hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var" - FOTO

"Bizdə fahişəliklə məşğul olmaq deyil, fahişəliyə cəlbetmə qadağan olunur".

Bu gün
11:320