Son dəqiqə
Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıqGünəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilibAfinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıbTürkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTOTutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Afinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb
Afinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb
Dünya

Afinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb

Bu gün
04:00
0 baxış
Paylaş:

Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, şübhəli əvvəlcə Yunanıstanın EFKA sosial təminat agentliyinın şöbəsində ov tüfəngi ilə atəş açaraq əməkdaşlardan birini ayağından yaralayıb. Daha sonra o, taksi ilə məhkəmə binasına gedərək orada çalışan dörd qadına tərəf atəş açıb. Onlar yüngül xəsarətlər alıblar.

Yerli KİV-in məlumatına görə, silahlı şəxs hadisə yerində ov tüfəngini və qəzetlərə ünvanlanmış məktubları qoyaraq qaçıb və Afinadan 200 km aralıda yerləşən Patra şəhərindəki hoteldə saxlanılıb. Onun Afinada zibilyığan işlədiyi bildirilib.

Yunanıstanın "The Press Project" nəşrinin yazdığına görə, məktubunda o, dövlət qurumlarının onunla sahibsiz it kimi davrandığını qeyd edib.

"İndi mən quduz olmuşam və bir gün onların ofislərinə gedib dişləyəcəyəm ki, onlar da quduzluğa yoluxsunlar", - deyə məktubda bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Afina#Yunanıstan

Oxşar Xəbərlər

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıqDünya

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıq

Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.

Bu gün
04:420
Günəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilibDünya

Günəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilib

Saturnun peyki Enselad və Yupiterin peyki Avropa Günəş sistemində həyatın mövcud ola biləcəyi yeni potensial məkanlara çevrilə bilər.

Bu gün
04:180
Tutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırmaDünya

Tutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma

Alimlər tutuquşuların insan adlarını və ev heyvanlarının ləqəblərini onlarla ünsiyyət qurmaq üçün yadda saxladıqlarını müəyyən ediblər.

Bu gün
03:200
"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildiDünya

"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi

"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib.

Bu gün
02:480