
Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarətlər aldılar, ÖLƏN VAR - FOTO
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, hadisə rayonun Qayğı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, əslən Laçın rayonundan olan Bakir Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Yevlax rayon sakini Azər Bədəlovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində B.Quliyev hadisə yerində ölüb, sərnişinləri - 2014-cü il təvəllüdlü R.Həsənov, 1980-ci il təvəllüdlü Habil Həsənov, onun övladları - 2008-ci il təvəllüdlü Polad Həsənov və 2013-cü il təvəllüdlü M.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.
HadisəBakıda avtobus piyadanı vuraraq öldürdü
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
HadisəGöyçayda marketdə yanğın - VİDEO
Göyçay şəhərində yerləşən marketlərdən birində yanğın baş verib.
HadisəYol hərəkəti qaydalarını heçə saydı, narkotik qəbul etdiyi məlum oldu - VİDEO
Aprelin 22-də saat 13 radələrində Bakı-Quba yolunun 129-cu kilometrliyində DAF markalı, 19-BX-609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Azad Tahir oğlu Şivəxanov elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib.