Son dəqiqə
Naxçıvanda sərxoş kişi avtomobilini yandırdıİlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var"Almaniya Hörmüz boğazı istiqamətinə əvvəlcədən gəmilər göndəribİlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub - FOTO - VİDEOXalq artisti Həmidə Ömərovanın doğum günüdür - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Böyük Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına daxil edəcək
Böyük Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına daxil edəcək
Dünya

Böyük Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına daxil edəcək

Bu gün
11:12
0 baxış
Paylaş:

Birləşmiş Krallığın hökuməti İran Silahlı Qüvvələrinin xüsusi bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan edilmiş təşkilatlar reyestrinə salınmasını nəzərdə tutan yeni qanun layihəsi irəli sürəcək.

Birləşmiş Krallığın hökuməti İran Silahlı Qüvvələrinin xüsusi bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan edilmiş təşkilatlar reyestrinə salınmasını nəzərdə tutan yeni qanun layihəsi irəli sürəcək.

Gundem.today-ın məlumatına görə, bu niyyəti Böyük Britaniyanın Baş naziri Kir Starmer "The Jewish Chronicle" nəşrinə açıqlamasında təsdiqləyib.

"Təhlükəli dövlət strukturlarının və təşkilatlarının qadağan olunması istiqamətində müvafiq addımların atılması üçün yeni qanunvericiliyə ehtiyac duyuruq. Həmin sənədi ən yaxın zamanda irəli sürəcəyik. Bir neçə həftəyə start veriləcək yeni parlament sessiyasında bu layihə müzakirəyə çıxarılacaq", - deyə hökumətin rəhbəri qeyd edib.

Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqının (Aİ) xarici siyasət rəsmisi Kaya Kallas Aİ xarici işlər nazirlərinin SEPAH-ın terror təşkilatı kimi tanınması yönündə həlledici addım atdıqlarını bəyan edib. Bu qərar dərhal İranın "Cavab tədbirləri" haqqında qanununun 7-ci maddəsinin işə düşməsi ilə nəticələnib. Hazırda həmin maddəyə əsasən, Aİ-yə üzv ölkələrin hərbi qüvvələri də rəsmi Tehran tərəfindən terror təşkilatları hesab olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Böyük_Britaniya#Kir_Starmer#İran#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)#Kaya_Kallas#Avropa_İttifaqı_(Aİ)

Oxşar Xəbərlər

Almaniya Hörmüz boğazı istiqamətinə əvvəlcədən gəmilər göndəribDünya

Almaniya Hörmüz boğazı istiqamətinə əvvəlcədən gəmilər göndərib

Almaniya hökuməti gələcəkdə zaman itkisinə yol verməmək məqsədilə Hörmüz boğazı istiqamətinə hərbi gəmilər yollayıb.

Bu gün
13:360
İsrail Livanda "Hizbullah"a məxsus obyektləri vurdu - VİDEODünya

İsrail Livanda "Hizbullah"a məxsus obyektləri vurdu - VİDEO

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın mövqelərini hədəfə alıb.

Bu gün
13:120
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDIDünya

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.

Bu gün
13:000
"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdiDünya

"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi

"X" sosial şəbəkəsində (keçmiş "Twitter") "XChat" adlı mesencer istifadəyə verilib.

Bu gün
12:300