
Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır"
"Binalar inşa olunarkən bəzi faktorlar nəzərə alınmır".
"Binalar inşa olunarkən bəzi faktorlar nəzərə alınmır".
Gundem.today xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) İdarə heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, binalar tikilərkən ekoloji tələblər diqqətə alınmalı, kanalizasiya çəkilişi ilə bağlı qanunvericiliyin tələbləri gözlənilməlidir:
"Əvvəl binalar ucaldılanda aradakı məsafə, ekoloji, sosial və s. faktorlar nəzərə alınırdı. Hazırda isə bəzi hallarda bu amillərə əhəmiyyət verilmədən bina tikintisi aparılır. Harada boş yer varsa, binalar inşa edilir.
Bütün faktorlar nəzərə alınaraq binalar tikilməlidir ki, gələcəkdə problemlər yaşanmasın. Biz bu gün selin, daşqının yaratdığı problemlərin nədən qaynaqlandığını baxmalıyıq. Hazırda işğaldan azad olunmuş ərazilərdə bir nömrəli məsələ daşqın və sel sularından mühafizə tədbirlərinin düzgün qurulmasıdır. Bu faktor bütün zonalarda nəzərə alınmalıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 08.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətAbadlaşan Şuşadan görüntülər - VİDEO
Şuşada D3 və D4 yaşayış massivlərinin tikintisi sürətlə davam etdirilir və onların 2027-ci ilin birinci rübündə təhvil verilməsi planlaşdırılır.
CəmiyyətXaçmazdakı yaşayış məhəlləsində yaranan ANTİSANİTAR vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
"Xaçmaz rayonunun "61-ci məhəllə" adlanan ərazisində meydana çıxan antisanitar vəziyyət tamamilə aradan qaldırılıb".