
Ağsuda üç avtomobil toqquşan maşınlara ÇIRPILDI: Xəsarət alanın vəziyyəti açıqlandı - VİDEO
Ağsu rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Ağsu rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 20-də saat 17:10-da Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1991-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Ağsu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər yayılıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, qəza ötən gün saat 15:30-da Bakı-Şamaxı-Qaraməryəm-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 233-cü kilometrliyində qeydə alınıb.
Belə ki, Qəbələ rayon sakini, 25 yaşlı Tural Mirzəliyevin idarə etdiyi "Opel" markalı avtomobil İsmayıllı rayon sakini, 35 yaşlı Amən Əhmədovun sürdüyü VAZ-2115 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Bu zaman eyni istiqamətdə hərəkət edən "Mercedes", "Fiat" və "Toyota" markalı avtomobillər də həmin nəqliyyat vasitələrinə çırpılıblar.
Qəza nəticəsində A.Əhmədov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəƏrindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ
Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.
HadisəAğsuda üç avtomobil toqquşan maşınlara ÇIRPILDI: Xəsarət alanın vəziyyəti açıqlandı
Ağsu rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
HadisəGöygöldə 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Göygöl rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
HadisəAğdamda dərsə gedən qızı maşın vurdu
Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.