
Aİ Böyük Britaniyadan bazarlarına daxil olmaq üçün hər il bir milyard tələb edir
Avropa İttifaqı Londonun vahid bazardan istifadə edə bilməsi üçün təşkilatın büdcəsinə hər il vəsait ödəməsini istəyir.
Avropa İttifaqı Londonun vahid bazardan istifadə edə bilməsi üçün təşkilatın büdcəsinə hər il vəsait ödəməsini istəyir.
Gundem.today xəbər verir ki, bu barədə Britaniyanın "Times" nəşri məlumat yayıb.
Avropanı təmsil edən nümayəndələr vurğulayıblar ki, bazara daimi giriş əldə etmək üçün hər il təqribən 1 milyard funt sterlinq həcmində ödənişin edilməsi əsas şərtdir.
Brüssel yay aylarında baş tutacaq sammitdə Böyük Britaniyanın Baş naziri Keyr Starmer tərəfindən bu şərtin qəbul ediləcəyinə ümid edir. Yalnız bu addımdan sonra tərəflər arasında gələcək əməkdaşlıq və inteqrasiya üzrə müzakirələrin başlanması planlaşdırılır.
Xatırladaq ki, keçən ilin mayında London və Brüssel "Brexit" prosesindən sonra əlaqələri bərpa etmək və tərəfdaşlığı dərinləşdirmək barədə ortaq məxrəcə gəlmişdilər. Həmin vaxt fitosanitar normalar üzrə müddətsiz saziş, eləcə də balıqçılıq zonalarına girişlə bağlı xüsusi sənəd imzalanmışdı.
Bununla yanaşı, Birləşmiş Krallıq kənd təsərrüfatı mallarının və dəniz məhsullarının Avropa bazarına çıxarılmasındakı əngəlləri aradan qaldıran baytarlıq sazişini də təsdiqləmişdi.
Bütün bunlara baxmayaraq, London Aİ-nin gömrük ittifaqına yenidən daxil olmaq variantını tamamilə rədd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanat
"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".
DünyaCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYA
İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.
DünyaQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.
DünyaABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü
ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.