Son dəqiqə
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat olub - FOTOFHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQAvstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardıFitnes məşqçisindən külli miqdarda narkotik götürüldü - İdman zalında əməliyyatBakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcəkYer-göy zir-zibil
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Dünya

Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB

Bu gün
15:54
0 baxış
Paylaş:

Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.

Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.

Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

"Cirium" analitik şirkətinin məlumatlarına əsaslanan portal bildirir ki, mümkün qıtlıq risklərinə görə minlərlə reys təxirə salınıb və bəzi daşıyıcılar yanacaq sərfiyyatını optimallaşdırmaq məqsədilə daha kiçik ölçülü, qənaətcil hava gəmilərindən istifadəyə başlayıblar.

Mövcud vəziyyət İrandakı münaqişə ilə bağlıdır və bu səbəbdən aviayanacağın qiymətinin iki dəfə bahalaşması şirkətləri biletlərin qiymətini artırmağa vadar edib. Nəşr bildirir ki, Avropa və Asiya arasındakı uçuşların üçdəbir hissəsini qəbul edən Fars körfəzi ölkələrinin hava limanlarının bağlanması qlobal aviasiya sektorunda ciddi fasilələr yaradıb.

Media orqanlarının yaydığı xəbərlərə əsasən, "Qatar", "Etihad" və "Emirates" kimi körfəz bölgəsi aviaşirkətləri bəzi reyslərin ləğvi də daxil olmaqla, may cədvəllərində müəyyən yeniliklər tətbiq ediblər. Eyni zamanda, "ANA", "China Air", "United" və "British Airways" kimi qlobal daşıyıcılar hava nəqliyyatındakı çətinlikləri tənzimləmək üçün marşrut şəbəkələrini yenidən formalaşdıraraq reyslərin sayını ixtisar edib və ya çoxaldıblar. Ümumi mənzərədə "Cirium"un hesabatına əsasən, may ayı üzrə bütün aviaşirkətlərin təqdim etdiyi sərnişin yerlərinin sayı aprelin ikinci yarısı ilə müqayisədə 132 milyondan 130 milyonadək azalıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Aviasiya_yanacağı#Aviaşirkətlər#Təyyarə_reysi

Oxşar Xəbərlər

Avstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardıDünya

Avstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardı

Avstriya hökuməti Rusiyanın üç diplomatını arzuolunmaz şəxs elan edib. Həmin şəxslər casusluq fəaliyyətində şübhəli bilindikləri üçün ölkə ərazisindən çıxarılıblar.

Bu gün
17:440
Çində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindiDünya

Çində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindi

"China Eastern Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması qəsdən törədilmiş hərəkətin nəticəsi ola bilər.

Bu gün
17:320
BƏƏ sakinlərinə raket təhlükəsi barədə xəbərdarlıq edildi - FOTODünya

BƏƏ sakinlərinə raket təhlükəsi barədə xəbərdarlıq edildi - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinləri potensial raket təhlükəsi barədə xəbərdarlıq alıblar.

Bu gün
17:300
İlon Mask Avropa Komissiyasının 120 milyon avroluq cəriməsinin ləğvinə çalışırDünya

İlon Mask Avropa Komissiyasının 120 milyon avroluq cəriməsinin ləğvinə çalışır

Milyarder İlon Mask Avropa Komissiyasının (AK) onun sahibi olduğu "X" platformasına tətbiq etdiyi 120 milyon avroluq cərimənin ləğvinə çalışır. ABŞ-li sahibkar bununla bağlı çıxarılan qərarı Avropa İttifaqının Ədalət Məhkəməsində mübahisələndirəcək.

Bu gün
17:200