
Aİ-dən ABŞ-yə çağırış: "Tariflər əvvəlki səviyyəyə qaytarılsın"
Avropa Komissiyası ABŞ-ni Avropa İttifaqı ilə ticarət sazişi çərçivəsində razılaşdırılmış tarif dərəcələrini bərpa etməyə çağırıb.
Avropa Komissiyası ABŞ-ni Avropa İttifaqı ilə ticarət sazişi çərçivəsində razılaşdırılmış tarif dərəcələrini bərpa etməyə çağırıb.
Gundem.today "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü açıqlama verib.
Bildirilib ki, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç bu məsələni Fransada ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşdə qaldırıb.
Avropa Komissiyasında qeyd ediblər ki, Brüssel və Vaşinqton arasında bağlanmış sazişin əsas şərtlərinin iyul ayına - razılaşmanın ildönümünə qədər qüvvədə olması məqsədəuyğun olardı. Eyni zamanda, Aİ ABŞ-ni mümkün cavab tədbirləri barədə xəbərdar etsə də, gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Aİ-dən idxal olunan avtomobillərə tarifləri 25%-ə qaldırdığını açıqlamışdı. Halbuki tərəflər arasında əvvəl razılaşdırılmış tarif səviyyəsi 15% idi.
Qeyd edək ki, bu razılaşma 2025-ci il iyulun 27-də Şotlandiyanın Ternberi şəhərində imzalanmış çərçivə ticarət sazişinə əsaslanır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də ABŞ-ni bu sazişə əməl etməyə çağırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran sahilləri yaxınlığında yük gəmisinə hücum olub - FOTO
Hörmüz boğazında hərəkət edən yük gəmisi mərmi zərbəsinə məruz qalıb.
Dünyaİtaliyada Stromboli vulkanı püskürdü: Ərazidə sarı xəbərdarlıq elan edildi - VİDEO
İtaliyada Stromboli vulkanı yenidən püskürüb.
DünyaAğ Evdən İrana qarşı siyasi həmlə
ABŞ Hörmüz boğazında gəmiçilik azadlığının qorunması ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.
DünyaABŞ Hörmüzdə geri çəkilmir: "Cavab veriləcək"
ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio bildirib ki, ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı hücum deyil, müdafiə xarakteri daşıyır.