Son dəqiqə
Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEOHikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edibSon günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEOƏlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?Tanınmış rusiyalı teleaparıcı vəfat etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindi
Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindi
Dünya

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindi

Bu gün
19:08
0 baxış
Paylaş:

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketi Moskvaya təzyiqi gücləndirmək və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketi Moskvaya təzyiqi gücləndirmək və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Gundem.today bu barədə Avropa Komissiyasının saytına istinadən xəbər verir.

Yeni sanksiyalar paketi Rusiyanı Kiyev üçün məqbul şərtlərlə danışıqlara sövq etməyə yönəlib. Məhdudiyyətlər energetika, maliyyə xidmətləri, ticarət, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yan keçməyə qarşı xüsusi mexanizm aktivləşdirilib.

Paket çərçivəsində Rusiyanın energetika sektorunda fəaliyyət göstərən 36 şirkətə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Aİ həmçinin Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi əlavə edilib və onların ümumi sayı 632-yə çatıb.

Bundan əlavə, Aİ-dən Rusiyaya tanker satışına qadağa qoyulub. Rusiyanın Murmansk və Tuapse limanları, həmçinin İndoneziyadakı "Karimun" neft terminalı da sanksiya siyahısına salınıb.

Aİ Rusiyanın 20 bankı ilə əməliyyatları qadağan edərək, məhdudiyyət qoyulan maliyyə institutlarının ümumi sayını 70-ə çatdırıb. Həmçinin üçüncü ölkələrdə sanksiyalardan yan keçməyə yardım edən banklara qarşı tədbirlər görülüb.

İlk dəfə olaraq Rusiya kriptoxidmətləri, o cümlədən mərkəzləşdirilməmiş platformalarla əməliyyatlara tam qadağa qoyulub. Məhdudiyyətlər "rəqəmsal rubl" layihəsi də daxil olmaqla, bütün rəqəmsal maliyyə alətlərinə şamil edilir.

Paketə dəyəri 365 milyon avrodan çox olan mallara yeni ixrac məhdudiyyətləri, habelə 530 milyon avrodan çox olan idxal qadağaları daxildir. PUA istehsalı da daxil olmaqla, hərbi məhsulların buraxılışında iştirak edən 58 şirkət və onlarla əlaqəli şəxs sanksiyalara məruz qalıb. Siyahıya Çin, BƏƏ və Qazaxıstan kimi üçüncü ölkələrdən olan tədarükçülər də əlavə edilib.

Aİ ilk dəfə olaraq Qırğızıstanı sanksiyalı malların sistematik şəkildə Rusiyaya təkrar ixracında ittiham edərək, ona qarşı sanksiyalardan yan keçməyə qarşı mexanizmi aktivləşdirib.

Ümumilikdə yeni paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onların aktivləri dondurulub, fiziki şəxslərin isə Aİ-yə girişi qadağan edilib. Həmçinin Rusiya dövlətinin Aİ-də elmi-tədqiqat layihələrini maliyyələşdirməsinə qadağa qoyulub. Paketin bəzi müddəaları ticarət və xidmət sahələrində Belarusa da şamil edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Rusiya_Federasiyası#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Dron_-_Pilotsuz_uçuş_aparatı_(PUA)#Avropa_İttifaqı_(Aİ)#Qazaxıstan#Qırğızıstan#Rusiya#Avropa_Komissiyası#Rusiyaya_qarşı_sanksiyalar

Oxşar Xəbərlər

Tanınmış rusiyalı teleaparıcı vəfat etdiDünya

Tanınmış rusiyalı teleaparıcı vəfat etdi

Rusiyalı aparıcı, "Birinci kanal" ("Pervıy kanal") da yayımlanan populyar "İnsan və qanun" verilişinin müəllifi Aleksey Pimanov vəfat edib. Onun 64 yaşı var idi.

Bu gün
19:480
ABŞ prezidenti sərt danışdı: "İran razılaşmasa, boğaz bağlı qalacaq"Dünya

ABŞ prezidenti sərt danışdı: "İran razılaşmasa, boğaz bağlı qalacaq"

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Hörmüz boğazı Birləşmiş Ştatlar tərəfindən "sıx möhürlənib" və Tehran Vaşinqtonla razılığa gələnədək bu vəziyyət davam edəcək.

Bu gün
19:420
Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDIDünya

Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI

İranın Ali Rəhbəri Müctəba Xamenei fevralın 28-də İsrailin Tehrandakı iqamətgaha endirdiyi zərbə nəticəsində yaralanaraq, üz nahiyəsində nitqi çətinləşdirən ağır yanıq xəsarətləri alıb. Ona plastik əməliyyat lazım olacaq.

Bu gün
19:300
"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladıDünya

"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladı

"Qiyamət günü" radiostansiyası ("UVB-76") alimentlərlə bağlı yeni söz yayımlayıb.

Bu gün
19:200