Son dəqiqə
Lamin Yamal azarkeşlərə müraciət etdiAzərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşulduBakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTORusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edildiAvropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandıAkademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO
Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO
Cəmiyyət

Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO

Bu gün
20:36
0 baxış
Paylaş:

Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə "tərbiyə" üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.

Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə "tərbiyə" üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.

Bəs qəbul edilən bu qərar uşaqları zorakılıqdan qorumağa kifayət edəcəkmi? Yoxsa problemin kökü daha dərindir? Ümumiyyətlə, qərar nə dərəcədə effektiv olacaq?

Baku TV-nin xəbərinə görə, psixoloq Ofeliya Əliyeva fiziki cəzanın təsiri hər bir uşaq üçün fərdi olduğunu bildirib. Onun sözlərinə görə, bəzi uşaqlar qorxu səbəbindən mənfi davranışlarını dayandırsalar da, bəziləri üçün bu, əks-reaksiya verə bilər:

"Elə uşaq var ki, cəza gördükcə daha çox diqqət çəkməyə çalışır: yanlış hərəkət edəndə valideyn diqqətinin onun üzərində toplandığını görür və bu davranışı daha da artırır. Hətta məktəbdə müəllimləri qəsdən əsəbləşdirməyə meyilli olur. Əgər sadəcə cəza - cərimə tətbiq olunarsa və köklü yanaşma olmasa, bu, nəticə verməyəcək".

Hüquqşünas Mircavid Miriyev isə qeyd edir ki, əməl o zaman inzibati xəta kimi qiymətləndirilir ki, o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə səbəb olmasın:

"Əgər valideynin məqsədi uşağı tərbiyə etmək çərçivəsini aşarsa və aşkar zorakılıq halları qeydə alınarsa, xüsusilə də uşağın sağlamlığına yüngül, az-ağır və ya ağır zərər vurulması faktı aşkarlanarsa, həmin şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb ediləcəklər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#uşaqlara_qarşı_zorakılıq#fiziki_cəza#valideyn_cəriməsi#uşaq_hüquqları#Milli_Məclis#uşaq_tərbiyəsi#ailədaxili_şiddət#psixoloji_təsir#inzibati_xəta#cinayət_məsuliyyəti#200_manat_cərimə

Oxşar Xəbərlər

Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTOCəmiyyət

Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTO

Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.

Bu gün
21:400
Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcəkCəmiyyət

Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək

Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu gün
21:280
Övladlarımızı "ögey ana"ya tapşırırıq?Cəmiyyət

Övladlarımızı "ögey ana"ya tapşırırıq?

Kubra Məhərrəmova yazır...

Bu gün
21:000
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilibCəmiyyət

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Bu gün
20:420