Son dəqiqə
Tramp atəşkəs bitənədək ABŞ və İranın razılığa gələ biləcəklərini mümkün hesab edir"Barselona" Çempionlar Liqasında hakimliklə bağlı şikayət veribSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaqRusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEOİran Hörmüz boğazının idarə edilməsindən əldə edilən gəlirləri açıqlayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR
Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR
Cəmiyyət

Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR

Bu gün
17:42
0 baxış
Paylaş:

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Gundem.today xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, ƏƏSMN-in tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.

Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) "Tələbə-Məzun" informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin olunur.

Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim olunmasına ehtiyac qalmır.

Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11.5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ailə_başçısını_itirməyə_görə_pensiya#sosial_müavinət#əyani_təhsil_alan_tələbələr#arayış_tələbinin_ləğvi#elektron_sosial_xidmətlər#dost_rəqəmsal_innovasiyalar_mərkəzi#dövlət_sosial_müdafiə_fondu#tələbə_məzun_bazası#avtomatik_pensiya_ödənişi

Oxşar Xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Bu gün
22:480
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEOCəmiyyət

"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində aprelin 6-da baş vermiş torpaq sürüşməsi hələ də aktivliyini davam etdirir.

Bu gün
22:240
31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİCəmiyyət

31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin edilib.

Bu gün
21:360
ADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"Cəmiyyət

ADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. O, müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb, "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.

Bu gün
21:000