
Ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı AZALIB
"DİN və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90.1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4.9 faiz azalma baş verib".
"DİN və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90.1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4.9 faiz azalma baş verib".
Gundem.today xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin (DİN) onlayn formatda keçirdiyi Kollegiya iclasında qeyd olunub.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub. Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.
Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI
Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.
CəmiyyətBDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən "Danışır təcrübə" layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.
Cəmiyyət53 nömrəli marşrutun avtobusları yenilənir
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.
CəmiyyətDövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb
Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub.