
Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO
Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
Paylaşılan səs yazısında bir qadın iddia edib ki, guya Əhməd Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin şəxs ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu məlumatlar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
* Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
* Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
* Ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov cinayəti etiraf etdi
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Baku TV-yə bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda beş ailə üzvünü qətlə yetirib. Məhkəmənin qərarı ilə o, xüsusi tipli psixiatriya müəssisəsinə yerləşdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı
Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb.
KriminalXəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO
Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.
KriminalAğcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı
Ağcabədi rayonunda qətl hadisəsi olub.
KriminalUcuz qiymətə mebel satışı adı altında dələduzluq edən şəxs SAXLANILDI - VİDEO
Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.