
İki dəfə əməliyyat olunan aktyorun səhhətində problemlər yaranıb
Azərbaycanın Əməkdar artisti Ələkbər Əliyev səhhətində yaranan ciddi problemlər və keçirdiyi uğursuz əməliyyatlar barədə açıqlamalar verib.
Azərbaycanın Əməkdar artisti Ələkbər Əliyev səhhətində yaranan ciddi problemlər və keçirdiyi uğursuz əməliyyatlar barədə açıqlamalar verib.
Gundem.today xəbər verir ki, ARB telekanalında "Günə uğurla" proqramına qonaq olan sənətkar eyni anda bir neçə xəstəliklə mübarizə apardığını bildirib. Aktyor insult keçirdiyini, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərindən əziyyət çəkdiyini qeyd edib:
"İnsult keçirmişəm, şəkər xəstəliyi artıq mənim ayrılmaz dostumdur. Təzyiqdən tutmuş hər cür problem var. Xüsusilə onurğamdan iki dəfə əməliyyat olunmuşam, lakin indi yenidən ağrılar baş qaldırıb".
Ələkbər Əliyev vaxtilə bıçaq altına düşməsini həyatının ən böyük yanlışı hesab edir:
"O zaman əməliyyata razılıq verməklə böyük səhv etdim. Çünki elə peşəkar həkimlər var ki, bu problemi cərrahi müdaxilə olmadan da həll edə bilirlər. İlk dəfə yırtığın ölçüsü cəmi yeddi millimetr idi. Amma birinci əməliyyatdan sonra vəziyyət daha da pisləşdi, ölçü 25 millimetrə çatdı və ikinci əməliyyat artıq qaçılmaz oldu".
Hazırda yenidən müalicəyə ehtiyacı olduğunu deyən sənətkar insultdan sonra bərpa prosesinin davamlı xarakter daşıdığını gec anladığını etiraf edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesSüni intellekt "Oskar"sız qalacaq
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatına iddialı olan namizədlər üçün yenilənmiş qaydaları təqdim edib.
Şou-biznesModa eksperti Vladislav Lisovets yaradıcılıq planlarından və gündəlik həyatından danışıb
Tanınmış moda eksperti, həmçinin televiziya və radio aparıcısı Vladislav Lisovets şəxsi gözəllik salonunda yenidənqurma işləri apardığını bildirib.
Şou-biznesFilipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib
Məşhur ifaçı Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın onların nikahının saxta olması barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Şou-biznesMəhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı
Məşhur ukraynalı sənətçilər - ictimaiyyətə daha çox Potap kimi tanınan Aleksey Potapenko və Nastya Kamenskix yeddi illik ailə həyatlarına son qoyduqlarını bəyan ediblər.