Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ali Məhkəmədən yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı MÜHÜM QƏRAR
Ali Məhkəmədən yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı MÜHÜM QƏRAR
Cəmiyyət

Ali Məhkəmədən yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı MÜHÜM QƏRAR

Bu gün
16:04
0 baxış
Paylaş:

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Gundem.today xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçılar Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb ediblər, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməyib. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşıb, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməyib.

Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulayıb ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır. Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd edib ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.

Ali Məhkəmə izah edib ki, Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranan istifadə hüququnun digər servitut növlərindən əsas fərqi onun yaranma formasındadır, lakin bu, hüququn mahiyyətini dəyişmir. Belə hüquq şəxsi servitut kimi çıxış edir və konkret şəxsin yaşayış ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəlik qaydasında keçmir, lakin hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və bu hüququnun pozulmasının aradan qaldırılmasını tələb etmək imkanı verir.

Məhkəmə kollegiyası, həmçinin qeyd edib ki, bu cür hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüquq sahiblərinin hüquqlarının daha etibarlı qorunmasına, eyni zamanda, əmlak üzərində mövcud yüklülüklər barədə üçüncü şəxslərin məlumatlandırılmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir. Bu baxımdan, inzibati orqanın qeydiyyatdan imtinası qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd qiymətləndirilib.

Yekunda Ali Məhkəmə iddiaçıların kassasiya şikayətini təmin edib, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçılar bağ sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Ali_Məhkəmə#yaşayış_sahəsindən_istifadə_hüququ#dövlət_qeydiyyatı#daşınmaz_əmlak#dövlət_reyestri#məhkəmə_təcrübəsi#mülki_məcəllə#servitut#hüquqların_qorunması#mülkiyyət_hüququ

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240