Son dəqiqə
Vensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib - SİYAHIABŞ-də güclü zəlzələ baş veribNiyə təcrübəli mütəxəssislər özlərinə şübhə edirlər?Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırırABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Alimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadır
Alimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadır
Dünya

Alimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadır

Bu gün
07:42
0 baxış
Paylaş:

İqlim dəyişiklikləri nəticəsində boz balinalar adi miqrasiya marşrutlarından kənara çıxaraq San-Fransisko körfəzinə daxil olur və burada gəmilərlə toqquşmalar səbəbindən tələf olurlar.

İqlim dəyişiklikləri nəticəsində boz balinalar adi miqrasiya marşrutlarından kənara çıxaraq San-Fransisko körfəzinə daxil olur və burada gəmilərlə toqquşmalar səbəbindən tələf olurlar.

Gundem.today xəbər verir ki, "Frontiers in Marine Science" jurnalında dərc olunan araşdırmaya görə, körfəzdə müşahidə edilən balinaların təxminən 20 faizi sonradan ölüb.

Alimlər bildirirlər ki, Arktikada istiləşmə bu heyvanların qida bazasını zəiflədir və nəticədə onlar yeni ərazilərdə qida axtarmağa məcbur qalırlar. Tarixən onların marşrutuna daxil olmayan San-Fransisko körfəzi zəifləmiş balinalar üçün müvəqqəti dayanacağa çevrilib.

Tədqiqatçılar qeyd edirlər ki, 2018-2025-ci illər üzrə təhlil zamanı bölgədə 114 balina qeydə alınıb və onların yalnız az hissəsi sonrakı illərdə yenidən müşahidə olunub.

Hesabata əsasən, həmin dövrdə regionda ölən 70 balinadan 30-u gəmilərlə toqquşma nəticəsində həlak olub. Araşdırma müəllifləri gəmilərin sürətinin azaldılması, marşrutların dəyişdirilməsi və ekipajların maarifləndirilməsi kimi tədbirlərin vacibliyini vurğulayırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#San-Fransisko#Balina

Oxşar Xəbərlər

Vensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"Dünya

Vensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leo ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan ziddiyyəti şərh edib.

Bu gün
09:080
ABŞ-də güclü zəlzələ baş veribDünya

ABŞ-də güclü zəlzələ baş verib

Amerika Birləşmiş Ştatlarının Nevada ştatında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu gün
08:520
Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırırDünya

Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırır

Kolumbiya hakimiyyəti 1980-ci illərdə narkobaron Pablo Escobar tərəfindən ölkəyə gətirilmiş begemotların sayının azaldılması üçün tədbirlər görmək niyyətindədir.

Bu gün
08:360
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?Dünya

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.

Bu gün
08:280